Prezidenti Administrasiyasının rəhbərindən sərəncam: Plan təsdiqləndi, dövlət müşavirinə tapşırıq verildi

img

15-02-2017 [12:35]


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

Bununla da Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinə həvalə olunub.

Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA