"Artıq nazir olmadığım üçün..." - Ziya Məmmədovdan daha bir açıqlama

img

15-02-2017 [09:29]


"Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.

Mia.az xəbər verir ki, bunu "Yeni Müsavat”a açıqlamasında keçmiş nəqliyyat naziri Ziya Məmmədov deyib. 

O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: "Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.

Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA