Həftəsonu hava kəskin istiləzəcək

img

11-06-2010 [01:33]


Bu gün Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 34-38?, axşam 25-27?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? olacaq. İyunun 12-də günəşli hava müşahidə ediləcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25?, gündüz 34-37?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28? isti təşkil edəcək İyunun 13-də az buludlu, yağmursuz hava proqnozlaşdırılır. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25?, gündüz 32-36? təşkil edəcək. İyunun 14-də də az buludlu, yağmursuz hava gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24?, gündüz 34-38? olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava olacaq. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24?, gündüz 33-38?, dağlarda gecə 12-17?, gündüz 25-30? olacaq. İyunun 13-14-də əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin 13-də gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 34-39?, dağlarda gecə 11-16?, gündüz 25-30? təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA