AiB Aran rayonlarının qayğılarını əhatə edəcək ?məlumat bazası?nın toplanması prosesini yekunlazdırıb

img

11-06-2010 [01:24]


Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyasının (AK) dəstəklədiyi ?Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək? layihəsinin son mərhələsinin icrasına başlayıb. Xatırladırıq ki, adıçəkilən layihə çərçivəsində Saatlı, Sabirabad, Salyan, Hacıqabul və Neftçala rayonlarının 33 bələdiyyəsini və 50 kəndini əhatə edən ?Məlumat bazası?nın yaradılması nəzərdə tutulub. AİB sədri Eyyub Hüseynovun MİA-ya verdiyi məlumata görə, layihənin icrası zamanı artıq Saatlı rayonundan 8.962 nəfər, Sabirabad rayonundan 12.227 nəfər, Salyan rayonundan 11.474 nəfər, Hacıqabul rayonundan 17.999 nəfər və Neftçala rayonundan 14.936 nəfər məlumat bazasına daxil olmuşdur. Layihədə nəzərdə tutulan ailələrin Saatlıda 92,5%, Sabirabadda 85,6%, Salyanda 88,1%. Hacıqabulda 75,7%, Neftçalada isə 68,9%-i məlumat bazasında yerləşdirilmişdir. Layihənin ilkin effektləri də özünü göstərməkdədir. Belə ki, hazırda kənd bələdiyyələri və yerli icra strukturları ?məlumat bazası?na istinad edərək bələdiyyələrin sosial inkişaf planlarını hazırlamağa başlayırlar. Sosial inkişaf planlarının hazırlanmasında AİB-in yerli təşkilatları, ?Counterpart İnternational?ın isə bu sahə üzrə treyninq keçmiş əməkdaşları fəal iştirak edirlər. Əvvəllər əhalinin əsas tələbatları yol, elektrik, qaz kimi problemlər hesab olunurdu. Hazırda Kür çayının sahil zolaqları bəndlərinin bərkidilməsi də bu qayğılara əlavə olunduğundan, həmin işlər də sosial inkişaf planlarına daxil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA