14-02-2017 [16:46]
Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan "Tufan” minaya davamlı milli zirehli maşınının təqdimatı keçirilib.
Mia.az nazirliyə istinadən xəbər verir ki, təqdimatda "Tufan” zirehli maşını barədə geniş məlumat verilib.
Bildirilib ki, ilk dəfə "ADEX-2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən "Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin konsepsiyası nazirliyin mütəxəssisləri tərəfindən altı ay ərzində reallaşdırılmışdır:
"Avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir. Bu, layihə üzərində iş aparılarkən irəli sürülən təkliflər və qoyulan texniki tələblərin real istehsalata uyğunlaşdırılmasının nəticəsidir. MRAP "Tufan” 100 faiz Azərbaycan dizaynerlərinin və mühəndislərinin kreativ fikirlərini və təcrübəsini özündə birləşdirən məhsuldur. Zirehli maşının yalnız aqreqat və şassi hissələrində donor detallardan istifadə olunub. Sinif rəqiblərindən fərqli olaraq, əsas arxa qapı əvəzinə universal hidravlik apparel quraşdırılıb ki, şəxsi heyyətin döyüş şəraitində operativliyi və mobil səviyyəsi daha da artırılsın.
Ağırlığı 12,3 tona çatan "Tufan” zirehli maşını 3000 kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malikdir. Zirehli maşının heyəti "STANAG-4569” ballistik qoruma standartının tələblərinə uyğundur. Bu isə, real döyüş və antiterror əməliyyatları zamanı daha təhlükəsiz mobil üstünlük deməkdir.
Çəkisinə baxmayaraq, zirehli avtomobil şosedə saatda 85 km sürət yığır və yolsuzluqda olduqca yüksək keçid qabiliyyətinə malikdir. Hündür klirens və tam ötürmə sayəsində, "Tufan” zirehli maşını 65 sm dərinlikdəki xəndəkləri və 1,2 m su maneələrini rahatlıqla keçir. Dəf edilən eniş və yoxuşun səviyyəsi 30 dərəcə, yamacın isə 18 dərəcədir. Yerində dönmə radiusu 20 metrə çatır. Zirehli maşının uzunluğu 7,3, eni 2,44, hündürlüyü isə 2,8 metrdir. MRAP "Tufan” maşınının gövdəsi xüsusi markalı homoqen zirehli poladdan hazırlanıb və əsas hissələrdə qaynaq deyil, məhz əymə üsulu ilə öz formasını alıb. Bu hissələrdə qaynaq tikişlərinin olmaması, baş verən partlayış nəticəsində daxili monokokun parçalanmamasını və partlayış dalğasını V tiplı alt qismin yanlarına ötürülməsini təmin edir. Xüsusi oturacaqlar, iki səviyyəli döşəmə, gücləndirilmiş qapı cəftələri və 5 nöqtəli kəmərlər isə, şəxsi heyyətin təhlükəsizliyini əlavə olaraq artırır.
"Tufan”ın gövdəsi elə universal formatda layihələndirilib ki, zirehli maşının güc aqreqatı sırasını 8 və 12 silindirli 230-dan 550 at gücünə qədər istənilən dizel, turbodizel mühərrikləri və transmissiyalar tətbiq oluna bilər. Texniki və əlavə xüsusi tələblər əsasında, yaxud modifikasiyadan asılı olaraq şassidə və daxili təchizat elemenlərində istənilən dəyişikliyi etmək mümkündür. "Tufan” platformasında zirehli maşın, yaralı təxliyyəsi üçün zirehli reanimobil, antiterror xüsusi təyinat qrupunun dəstəyi üçün avtovasitə, döyüş şəraitinin koordinasiyası üçün operativ komanda və rabitə nöqtəsi, tank əleyhinə raket kompleksi və 120 mm-lik mobil minaatan hazırlamaq mümkündür.
"Tufan” zirehli maşınının üzərində universal döyüş modulu quraşdırılmışdır ki, bu məhsul da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunub. Qurğunun yüksək dəqiqli optik və elekton cihazları sayəsində 2 km-dən çox məsafədə olan düşməni aşkarlamaq, bir neçə hədəfi prioritetlərə bölmək və məhv etmək mümkündür. Modulu 12,7mm çaplı NSVT-12,7 tipli pulyemyot, tank əleyhinə idarə olunan raket sistemi və ya avtomatik qumbaraatan ilə təchiz etməklə istənilən hava şəraitində və hətta gecə tətbiq etmək olar. Avtomatik idarəetmə, sursatı doldurma və optik müşahidə sistemləri, döyüşçüyə zirehli gövdəni tərk etmədən 360 dərəcədə atəş aparmağa imkan verir".
Müxtəlif şəraitlərdə və istismar rejimlərində poliqon yürüş sınaqları keçirilən "Tufan” zirehli maşını və universal döyüş modulu peşəkar hərbiçilərin və sahə üzrə mütəxəssislərin təklif və məsləhətləri nəticəsində, seriya öncəki prototip real döyüş şəraitinə uyğunlaşdırılacaq və məntiqi həllərlə zənginləşdiriləcəkdir. Bununla da, tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası Müdafiyə Sənayesi Nazirliyinin istehsalat sırasına yeni tam milli məhsul – "Tufan” zirehli maşını daxil ediləcəkdir.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi