“Rədd olun buradan” - General Mirvətova jurnalisti təhqir etdi + FOTO

img

14-02-2017 [16:17]


Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda çıxış edən prokuror zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun Akif Çovdarovun da vəkili olduğunu deyib və ona görə K. Nəsibovun prosesdən uzaqlaşdırılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və K. Nəsibov iclasdan uzaqlaşdırılıb.

Təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Sübahir Qurbanovun müdafiəsinə yeni qoşulan vəkillər isə cinayət işi ilə tanış olmaq üçün vaxt istəyiblər.

Məhkəmə vəsatəti təmin edib və növbəti iclas fevralın 21-nə təyin edilib.

İclasdan sonra jurnalistlər təqsirləndirilən ləğv edilmiş MTN-nin qadın generalı Natəvan Mirvətovadan ittihama münasibət öyrənmək istəyiblər. O, jurnalistlərə "rədd olun" deyərək təhqir edib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA