14-02-2017 [15:59]
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov mədəniyyət sahəsindəki gündəmdə olan məsələlərlə bağlı Modern.az saytının suallarını cavablandırıb.
Mia.az həmin müsahibəni oxucularına təqdim edir
- Tez-tez şou-biznes aləmində qalmaqallar yaşanırdı. Amma son günlərdə bu qalmaqal muğam ifaçılarını – xanəndələri də əhatə etdi. Canəli Əkbərov digər həmkarlarını təhqir etdi...
- Mən bunu izlədim. Ancaq açığı bir söz demək istəmirəm. Çünki hamısı dostumdur. Bir az da işin içində deyiləm. Ona görə də bu məsələ barədə danışmaq istəmirəm.
- Milli Məclisdə də az çıxış edirsiniz. Heç yadıma gəlmir ki, 5-ci çağırış Milli Məclisin iclaslarından çıxışlar edəsiniz.
- 5-ci çağırış Milli Məclisin fəaliyyətə başlamasından 1 ildən çox vaxt keçib. Amma siz dediyiniz kimi də deyil. Çıxış etmişəm. Lakin mənə uyğun bir məsələ yoxdur ki, çıxış edim. Elə bir məsələ yoxdur ki, o qaranlıq qalsın və mənim izahıma ehtiyac duyulsun. Təbii ki, söhbət bizim sahə ilə bağlı məqamlardan gedir. Əslində çıxışları daha çox komitə iclaslarında edirik.
Çox zaman hiss edirəm ki, Milli Məclisə artıq çıxışlar da olur. Həm vaxt alan, həm də mövzu ilə uyğun olmayan. Bu, Milli Məclisin tarixində həmişə olub. Bir də görürsən, deyək ki, kənd təsərrüfatı ilə bağlı məsələ müzakirə olunursa, kimsə öz şəxsi problemini qaldırır. Kimin kəndində nə problem var, deyir. Yəni, bu da düzgün deyil. Gərək predmet üzrə fikir səsləndirilə. Mən hələlik çıxış etməyə zərurət hiss etmirəm.
- Özünüz yeni bir qanun layihəsi üzərində işləyirsinizmi?
- Xeyr. Hələlik, bizim komitədə yeni qanun layihəsi üzərində iş getmir.
- Zaman-zaman bəzi sənət adamlarından, yazıçı və ya şairlərdən fəxri adların geri alınması üçün fikirlər səsləndirilir. Bununla bağlı Milli Məclisdə məsələ qaldırmağa ehtiyac varmı?
- Hesab edirəm ki, yavaş-yavaş ənənə yaranıb. Bir vaxtlar çox tez-tez kimlərsə "xalq şairi”, "xalq yazıçısı” adı alırdılar. Artıq bu proses tədricən azalıb. Tədricən "əməkdar artist”, "xalq artisti” fəxri adlarının verilməsində də məhdudiyyətlər qoyulmalıdır. Daha çox orden, medal, mükafat təltifləri özünü doğruldur.
- Elə bir şəxs adı çəkə bilərsinizmi ki, "xalq şairi”, "xalq artisti” ya da "xalq yazıçısı” adına layiq olmasın?
- Belə halları siz də görürsünüz, mən də.
- Mən sizin dilinizdən eşitmək istəyirəm.
- Kiməsə "əməkdar artist”, "xalq artisti” adları subyektiv verilmir. Yəni, bir "xalq artisti” ya da "əməkdar artist” adı verilirsə, bu, onun sənətinə görədir. Amma sənət hər şey demək deyil. Lakin görürsən elə münaqişələr ortaya çıxır ki, bunlar şəxsi müstəvidə olur. Eləsi var ki, başına oyun açırlar, eləsi də var ki, camaatın başına oyun açır. Buna görə də münaqişələr başlayır.
Sonra da dərhal cəmiyyətdə məsələ qaldırırlar ki, kimdənsə fəxri ad geri alınsın. Dünyada insana nə cəza versən, hətta güllələnmək cəzası da versən, bu daha məqbuldur. Nəinki adama verilən adı əlindən almaq.
-Bu yaxınlarda Flora Kərimova yenə Zeynəb Xanlarovanı tənqid etdi. Zeynəb Xanlarova bu ittihamlara cavab vermir. Buna nə ehtiyac var axı?
- Zeynəb Xanlarova bizim mədəniyyətimizdə, ictimai həyatımızda xüsusi bir hadisədir. O, şəxsiyyətdir. O, tək müasirlik deyil, həm də böyük bir tarixdir. Onda xarakter, şəxsiyyət formalaşıb və bina görə də mükəmməldir. Zeynəb xanımın əleyhinə kimsə nəsə bir söz deyirsə, demək ki, naqislik ondadır. Zeynəb xanım kimi sənətkarlar artıq abidəyə çevrilib. Ümumiyyətlə elə şəxslər var ki, onlar haqqında ya müsbət danışmaq lazımdır, ya da heç danışmamaq. Məsələn, Hüseyn Cavid, Səməd Vurğun, Niyazi, Anar, Elçin və sair. Bunlar artıq bir etalondurlar.
- Flora Kərimova bəs niyə belə danışır? Ona heçmi haqq vermək olmaz?
- Xeyr, haqq vermək olmaz. Flora Kərimova belə hərəkət edirsə, demək ki, Flora xanım hələ mükəmməl deyil. Yəni, Zeynəb xanım haqqında elə söz demək olmaz. Gərək deməsin. Flora xanım da hər halda müdrik adamdır, böyük sənətkardır. Ancaq Zeynəb xanım haqqında söz demək onlara heç bir xeyir verməyəcək. Əksinə, bu sözü deyənin özü barəsində mənfi təsəvvürlər yaranacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi