Məleykə Abbaszadə: ?Səfurə Əlizadə universitetə imtahan vermədən qəbul olunmayacaq?

img

11-06-2010 [12:35]


?Səfurə Əlizadə 5-ci yer tutub. Bu səbəbdən universitetə imtahan vermədən qəbul olunmayacaq. Yalnız 1,2,3 yerləri tutsa, qəbul olunacağını bildirmişəm. 1 ixtisasa estrada sənətinə müsabiqəsiz keçə bilər. Bildiyiniz kimi, ora qabilliyət imatahanı vermək lazımdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri TQDK Məleykə Abbaszadə deyib. ?Səfurə Əlizadənin müsabiqədənkənar ali məktəbə daxil olması haqda qərar mənə daxil olmayıb. Yalnız onu deyə bilərəm ki, Səfurə bizə ərizəsini təsdiq etdirmək üçün müraciət edib. Çünki o ölkədə olmadığı üçün verilən vaxt ərizində ərizəsini təsdiq etdirməyib. Yəqin Norveçdə internet yaxşı işləmirmiş. Hər halda bizə mürəciət edib. Biz də müraciəti müsbət cavablandırdıq. O da digər abituriyentlər kimi imtahanda iştirak etməlidir. Qeyd edim ki, ərizələrin təsdiq etdirilməməsilə bağlı 30 müraciət daxil olub. Bunlardan yalnız 20-nə müsbət cavab verdik?. M.Abbaszadə onu da əlavə edib ki, ali məktəblərə müsabiqəsiz qəbulla bağlı 30 idmançı , 2 piano ifaçısı, 1 rəssam müraciət edib. ?Biz onların sənədlərini yoxlayıb, sonra qəbul edəcəyik. Dünya fənn olimpiadalarının qaliblərindən isə müraciət edən yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA