"Yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə..." - Deputatdan sərt reaksiya

img

14-02-2017 [12:38]


"Neçə gündür ki, manat bahalaşır, dollar isə ucuzlaşır. Bəs niyə ərzaq məhsullarının qiymətləri gün-gündən qalxır?”.

Bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O, bu məsələdə işbazları və monopolistləri ittiham edib. Onun sözlərinə görə, qiymət bahalaşması Azərbaycan dövlətinin qarşıya qoyduqları hədəfə ziddir: 

"Mən dəqiq məlumatlar bildirirəm ki, manat bahalaşsa da, yağın, şəkərin, qəndin, ətin qiyməti ucuzlaşmır, əksinə qalxır. Manat ucuzlaşıb dollar bahalaşanda, işbazlar bəhanə gətirirdilər ki, bu, onlara ciddi zərbə olur, ona görə qiymət artımına gedirlər.

Bəs, indi nə baş verir? Bu məsələyə ciddi müdaxilə edilməlidir və təcili tədbirlər görülməlidir”.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA