iyunun 20-də magistraturaya qəbulun 2-ci mərhələsinin imtahanı da olacaq

img

11-06-2010 [12:20]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali məkətblərə qəbul imtahanları ilə bağlı mətbuat konfransı keçirilib. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, iyunun 20-də iki imtahanın keçirilməsi nəzərdə tutulub. ?Rus bölməsi üzrə təhsil alan abituriyentlər Azərbaycan dili üzrə imtahan verəcəklər. İmtahan Bakı və Naxçıvanda keçiriləcək. Naxçıvanda cəmi 6 nəfər imtahan verəcək. Həmin vaxt magistraturaya qəbulun 2-ci mərhələsinin imtahanı da olacaq? deyən M.Abbaszadənin sözlərinə görə, magistraturaya qəbulun 2-ci mərhələsində 6861 nəfər proqram seçmək hüququ qazanıb. Onlardan 5012 nəfər ərizəsini təsdiq etdirib. 1849 nəfər isə təsdiq etdirməyib. Həmin balakavrlara təsdiq üçün əlavə vaxt veilməyəcək. TQDK bu il həmçinin İslam Universitetinə də qəbul aparır. Qəbul üçün 100 yer ayırılıb. Hələki 50 nəfər qeydiyyatdan keçib. Sınaq imtahanlarına gəlincə, TQDK sədri qeyd edib ki, indiyə kmi 204 min abituriyent sınaq imtahanlarıında iştirak edib. ?Bunlar arasında sınaq imtahanlarında 3-4 dəfə iştirak edənlər var. Ancaq belə halları nəzərə almasaq, 74 min nəfər sınaq imtahanlarında iştirak edib. Virtual sınaq imtahanlarında isə 503 nəfər iştirak edib.Ümumulikdə isə 72 bölgədə sınaq imtahanları keçirilib?. M.Abbaszadə onu da əlavə edib ki, abituriyentlər artıq ?Abituriyent? jurnalını internet vasitəsilə də əldə edə biləcəklər. ?Jurnalın internet saytı artıq fəaliyyət göstərir. Bu sistem vasitəsilə jurnalın bütün saylarını əldə etmək mümkündür. Bu, müəyyən qədər saxta nəşrlərin qarşısını alacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA