14-02-2017 [12:35]
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd olunub.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Millət vəkili Mixail Zabelin, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdən öncə iştirak edən rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbir Dövlət Himninin ifası ilə başlanılmış, Xidmətin 5 illik fəaliyyətini əks etdirən slayd şou nümayiş etdirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək, xidmət tərəfindən 5 illik fəaliyyət dövründə qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrinin verildiyini bildirmişdir. Tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Ölkə Başçısının müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 5 il ərzində Xidmət tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik-leytenant İlqar Əlimirzəyev bildirib ki, indi Azərbaycan Silahlı Qüvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir. Artıq müxtəlif ölkələrin gənclərinin respublikamızın müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almaları da diqqəti çəkən faktdır.
Tədbirdə çıxış edən müharibə veteranları bildiriblər ki, taleyini şərəfli hərbi peşəyə bağlayanların sayının ilbəil artması bu sahəyə hərtərəfli dövlət qayğısından irəli gəlir.
Tədbirdə Millət vəkili Mixail Zabelin, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ Rayon "Şəhid Anaları” cəmiyyətinin sədri Pakizə Abbasova, Qarabağ Müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Maqsud Heydərov və 228 saylı tam orta məktəbin çağırışa qədər hərbi hazırlıq rəhbəri Sahib Hüseyov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 5 il ərzində böyük nailiyyətlər qazanıldığını və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd ediblər.
Tədbirin sonunda dəvət olunmuş qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar təltif ediliblər.







Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi