14-02-2017 [12:29]
Yeni ildə verilməyən əfvin gələn ay imzalanacağı deyilir. Novruz bayramına bir aydan artıq müddət qalmasına baxmayaraq, son günlərdə siyasi məhbuslar məsələsi daha çox müzakirə olunur.
Buna səbəb də beynəlxalq təşkilatların nümayəndələrinin bu ayın əvvəllərindən başlayaraq, Azərbaycana səfərlərinin mütəmadi hal almasıdır. Son olaraq, ötən həftənin sonlarında AŞ PA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alan Desteks ölkəmizdə səfərdə oldu, prezident səviyyəsində rəsmilərlə və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü. Ekspertlər belə səfərlərin hər birində siyasi məhbuslar məsələnin əsas müzakirə mövzusu olduğunu və bu səfərlərin gələn aydakı əfvə ciddi təsir edəcəyini bildirirlər. Martda veriləcək əfvi hökumətin yaz aylarında planlaşdırdığı idarəetmədəki islahatlarının başlanğıcı kimi qiymətləndirənlər də az deyil.
Mia.az xəbər verir ki, "Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev "Yeni Müsavat”a açıqlamasında martda əfv məsələsinin mühüm bir proses olacağını söyləyib:
"Apreldə gözlənilir ki, islahatlar başlayacaq. Martda isə əsas məsələ əfvdir. Çünki əfv islahatların, yəni yeni bir prosesin tərkib hissəsidir. Mart ayı sanki ilkin addım və yeni mesaj olacaq. Amma əsas proseslər aprel ayına düşür. Nəzərə alaq ki, yaxınlarda prezident İlham Əliyevin Brüsselə səfəri və Avropa Birliyi ilə yeni sazişin imzalanması gözlənilir.
Bu, onu göstərir ki, Azərbaycan hakimiyyəti yeni siyasi münasibətlərə hazırdır. Tərəflər arasında növbəti addımların atılması, razılaşmaların olduğu görünür. Hesab edirəm ki, intensivlik artır, getdikcə bu daha da artacaq. Belarusda həmin proses gedir. Gürcüstan, Ukrayna, Moldova kimi ölkələr Avropa Birliyi ilə assosiativ sazişlər imzalayıblar və günü-gündən Avropa ilə daha sıx əlaqələr yaradırlar. Vizasız rejimin tətbiq olunması bundan xəbər verir. Hələ ki Azərbaycan, Belarus və Ermənistan arxada qalır. Onların da hesab edirəm ki, vaxtı yetişib. Avropa deyir ki, ya əməkdaşlıq edək, ya da münasibətlərimiz başqa cür olacaq. Bu dövlətlər artıq bunu başa düşürlər. Özləri üçün artıq qərar veriblər ki, sıx əməkdaşlığa getməliyik”.
Ekspert əfv sərəncamı ilə tanınmış simaların azadlığa buraxılmalı olmalı olduğunu da qeyd edib:
"Əfv, sadəcə, bir addım olacaq. Bu, məsələnin tam həlli demək deyil. Çünki bu gün siyasi məhbusların bir çoxu azad oluna bilər, amma səhəri gün onların yerini başqaları ilə əvəz edərlər. Məsələn, ötən illəri əfv verildi, çoxsaylı qərarlarla siyasilərin bir hissəsi azad olundu, demək olar ki, siyasi məhbusların sayı 100-dən 30-a düşdü. Amma onların yerini təzədən doldurdular və yenidən siyasi məhbusların sayı artdı.
Əfv verməklə məsələ düzəlmir. Söhbət ondan gedir ki, növbəti addımlar nə olacaq? Azərbaycanda münasibət, sistem, baxışlar dəyişməlidir. Hakimiyyət və cəmiyyət arasındakı münasibətdə dəyişiklik olmalıdır. Hakimiyyət xalqın qarşısında hesabatlı olmalıdır. Amma bu gün hesabatlı deyil. Ona görə böhran vəziyyətinə düşdük”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi