Pensiyalar nə qədər qalxıb? - Nazirlikdən artımla bağlı açıqlama

img

14-02-2017 [11:35]


Bu ay təqaüdçülər pensiyalarını artımla alsalar da, bəzi məsələlər onlar üçün qaranlıq qalıb.

Təqaüdçülərin fevralda aldıqları pensiyanın artım məbləği onlarda çaşqınlıq yaradıb. 

Mia.az xəbər verir ki, məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elman Babayev deyib ki, təqaüdçülər yanvar ayının da artımını fevralda alıblar. Bundan sonrakı aylarda isə artırılan sığorta hissəsi qədər təqaüd alacaqlar.

Məsələni oxucular üçün daha da aydınlaşdırmaq məqsədilə qısa bir hesablama aparaq: Tutaq ki, 260 manat əmək pensiyası alan şəxs bu ay 37.20 manat artımla təqaüd alıbsa, növbəti aylardakı artım 18.60 qəpik olacaq. Çünki 37.20 manat artım 2 ay üçün nəzərdə tutulan məbləğ olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA