Mərkəzi Bankın İdarə Heyətinin üç üzvünün səlahiyyət müddəti bitib - Deputatlar necə qərar verəcək?

img

14-02-2017 [11:17]


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin beş üzvündən üçünün səlahiyyət müddəti bitib.

AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim XubanovAftandil Babayevin səlahiyyət müddəti bu ay başa çatıb(apa). 

Qeyd edək ki, AMB-nin İdarə Heyətinə üzvlər Milli Məclisin qərarı ilə 5 il müddətinə seçilir. 

A.Quliyev sonuncu dəfə 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib. V. Xubanov 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü, A. Babayev isə üçüncü dəfə bu vəzifəyə layiq görülüb.

Xatırladaq ki, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə E. Rüstəmov 5 il müddətinə Mərkəzi Bankın sədri, X. Abdullayev isə Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilib.

Böyük ehtimalla, Milli Məclis bu ay AMB-nin İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxacaq.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA