14-02-2017 [10:43]
Azərbaycanda təhlükə potensiallı obyektlərin tikintisinə icazə ilə bağlı əlavə tələblər açıqlanıb.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər”ində əksini tapıb.
Təhlükə potensiallı tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı aşağıda göstərilən əlavə tələblər müəyyənləşir:
- diametri 1000 millimetrdən artıq olan magistral (neft, qaz, su və kanalizasiya) boru kəmərlərində siqnalizasiya sisteminin quraşdırılması və magistral boru kəmərləri boyunca sağ və sol tərəflərdə müvafiq normalara uyğun mühafizə zonalarının saxlanması;
- su və istilik elektrik stansiyalarının tikintisində ərazinin mikroseysmikliyinin təyini;
- həcmi 10 milyon kubmetrdən artıq olan su hövzələrində (anbarlarında) və onların bəndlərində (hidrotexniki qurğularında) daimi monitorinqin keçirilməsi və fövqəladə halın baş verməsi gözlənildikdə qəza vəziyyətinin dərhal aradan qaldırılması sisteminin, eləcə də potensial təhlükəli ərazilərdə əhalinin qabaqcadan xəbərdarlıq edilməsi sisteminin yaradılması;
- neft emalı maddələrinin istehsalı zavodlarında ətraf mühitin, insanların və istehsal proseslərinin təhlükəsizliyini təmin edən qoruyucu konstruksiya və qurğuların inşası;
- həcmi 20 min tondan artıq olan neft və neft məhsullarının saxlanılması üçün anbarlarda və maye qazların izometrik anbarlarında siqnalizasiya sisteminin quraşdırılması, konstruksiya elementlərinin odadavamlılıq dərəcəsinin 1 dərəcə artırılması və ildırımötürücü sistemlərin tətbiqi;
- maye qaz, neft və neft məhsullarının rezervuar parklarında ildırımötürücü sistemlərin tətbiqi və qəza zamanı maye axıntısının qarşısını alan dambaların tikintisi;
- həcmi 5 min kubmetrdən artıq olan tezalışan, maye saxlamaq üçün rezervuarların və qazholderlərin konstruksiyalarının etibarlılığının və tikişlərin kipliyinin yoxlanılma sınaqlarının aparılması;
- dəniz şelfində quraşdırılan neft və qazçıxarma platformalarında eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsi üçün konstruktiv həllərin tapılması, ətraf mühitin qorunması, insanların təxliyəsi və istehsal proseslərində təhlükəsizlik sistemlərinin təminatı;
- gücü saatda 2 milyon kubmetrdən yuxarı olan kompressor stansiyalarında, gücü saatda 2 (iki) milyon kilokaloridən artıq olan qazanxanalarda ventilyasiya sistemlərində səsboğucular qoyulmasının nəzərdə tutulması və səs-küyün normativ həddi keçməməsinin təmin olunması;
- dövlət əhəmiyyətli hidrotexniki qurğularda qəzaların qarşısının alınması məqsədi ilə əlavə suburaxıcı qurğuların nəzərə alınması, eninə rəqslərin (seysmik, külək və s. təsirindən) söndürülməsinin konstruktiv həllərinin təminatı;
- sel və daşqın sularından qoruyucu bəndlərdə və torpaq sürüşmələrindən istinad divarlarında ehtiyatlılıq əmsalının 2-yə qədər artırılması;
- partlayıcı, pirotexniki, zəhərləyici, tezalovlanan, tezalışan, radioaktiv, kimyəvi və ətraf mühit üçün təhlükəli maddələrin, materialların, tullantıların və hərbi sursatın istehsalı, emalı, istifadəsi, saxlanılması, məhvi və basdırılması, o cümlədən, işlənmiş nüvə yanacağının basdırılması həyata keçirilən tikinti obyektlərində təhlükəsizlik və xəbərdarlıq, habelə nüvə və radiasiya təhlükəsizliyi sisteminin quraşdırılması, xüsusi izolyasiya tədbirlərinin nəzərdə tutulması;
- üzvi tərkibli xammalın qəbulu, saxlanılması, nəqli və emalı ilə bağlı ümumi tutumu 500 tondan artıq olan taxıl terminalları, elevatorlar, anbarlarda temperatur sensorlarının və operativ boşaltma sistemlərinin quraşdırılması, onların aspirasiya qurğuları ilə bloklaşdırılması və təmizlənmə sistemlərinin yaradılması;
- istehsal gücü 100 ton/gün və daha artıq olan un dəyirmanlarında, 5 (beş) ton/saat və daha artıq olan maya (solod) emalı müəssisələrində , 20 ton/saat və daha artıq olan üzvi tərkibli xammalın emalı və qurudulması obyektlərində üzvi tərkibli xammalın təmizlənməsi və emalı sahələrinin bir-birindən təcrid edilməsi, müvafiq aspirasiya və ventilyasiya qurğularının yaradılması, tullantıların emal sahələrindən kənarda xüsusi anbarlara yerləşdirilməsi;
- istehsal gücü 3 (üç) ton/saat və daha artıq olan qarışıq yem istehsalı obyektlərində xammalın, yem qarışıqlarının fərdi qaydada anbarlarda saxlanması, müvafiq aspirasiya qurğularının və partlayış gücünün zəiflədicilərinin quraşdırılması;
- gücü 4 kilovat, 1500 dövr/dəq-dən artıq olan aspirasiya qurğularında avadanlıqların texniki pasportlarının olması, hər bir üzvi xammala uyğun filtr-tsiklonların quraşdırılması və maqnit mühafizə sistemlərinin yaradılması;
- çoxmərtəbəli binaların yeraltı və yerüstü hissələrində yerləşən, 100-dən artıq avtomobil üçün dayanacağı olan qarajlarda yanğından mühafizə və ventilyasiya sistemlərinin quraşdırılması, o cümlədən onların müvafiq yanğınsöndürmə avadanlığı və maddələri (materialları) ilə təminatı;
- yüksəkgərginlikli elektrikötürücü xətlər boyunca mühafizə zonalarının saxlanılması və qurğularında "mühafizə-torpaqlama” tələblərinin yerinə yetirilməsi;
- yanacaqdoldurma (neft və qaz) obyektlərində yanğından mühafizə sistemlərinə və avadanlıqlarına, o cümlədən yanğınsöndürmə maddələrinə (materiallarına) olan tələblərin yerinə yetirilməsi;
- ionlaşdırıcı şüalanma generatorlarının (rentgen avadanlığı, neytron generatoru avadanlığı, yüklü hissəciklərin sürətləndiriciləri) istifadəsini, istehsalını və təmirini həyata keçirən obyektlərdə nüvə və radiasiya təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması;
- nüvə (atom) reaktorlarının istifadəsini və ya istismarını, eləcə də nüvə yanacağının istehsalını və zənginləşdirilməsini, işlənmiş nüvə yanacağının emalını həyata keçirən obyekt və qurğularda radiasiyadan qorunma və nüvə təhlükəsizliyi sistemlərinin nəzərdə tutulması.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi