14-02-2017 [01:11]
Avropa Parlamenti (AP) Avropa İttifaqının xaricindəki ölkələrlə vizasız rejiminin ləğvini nizamlayan yeni qaydaları qəbul etməyə hazırlaşır.
Bu qaydalar gürcülərin və ukraynalıların Şengen zonası ölkələrinə vizasız gediş-gəlişi rejiminin işə düşməsinə doğru atılmış əsas addımdır.
Xatırladaq ki, AP üzvləri vizasız rejimin ləğvi mexanizmini ötən dekabrda qəbul ediblər və indi, fevralın 13-dəsənədin Aİ-nin bütün dillərinə tərcümə edilmiş yekun variantı ekspertlər tərəfindən yoxlandıqdan sonra elan edilib.
Yeni qaydalara görə, üçüncü ölkələrlə viza rejimini ləğv edən razılaşmalar müəyyən situasiyalarda tez bir zamanda dayandırıla bilər. "Müəyyən situasiyalar” dedikdə, məsələn, sığınacaq ərizələrinin əsassız şəkildə artması və ya üçüncü ölkələrin vətəndaşlarının Aİ üçün təhlükə təşkil etməsi halları nəzərdə tutulur.
Bu tədbirlər Gürcüstan və Ukrayna vətəndaşları üçün Şengen zonasına vizasız gediş-gəliş imkanını çox tezliklə yarada bilər.
AP Gürcüstanla viza rejiminin sərbəstləşdirilməsi barədə qərarı fevralın 3-də böyük səs çoxluğu qəbul edib. İndi vizasız rejimin ləğv olunması mexanizminin hazır olması Gürcüstan vətəndaşları qarşısında Avropaya vizasız səfərlərin qarşısını kəsən son baryeri də aradan qaldırıb.
Diplomatlar bildiriblər ki, Gürcüstan üçün vizasız rejim artıq martın 3-dən qüvvəyə minəcək.
Vizasız rejimin ləğv olunması mexanizminin qəbul edilməsi Ukrayna vətəndaşlarının da Şengen zonasına sərbəst səfər edə biləcəkləri günü yaxınlaşdırıb.
Qeyd edək ki, Gürcüstan və Ukrayna əsas etibarilə Rusiyanın təcavüzkar siyasətindən qorunmaq üçün Aİ ilə daha sıx əlaqələrə can atırlar.
Bildirək ki, Rusiya silahlı qüvvələri 2008-ci il müharibəsi zamanı Gürcüstanın ərazisinə müdaxilə edib və Moskva Abxaziya və Cənubi Osetiyanı faktiki olaraq Tbilisinin nəzarətindən çıxarıb.
Rusiya, eyni zamanda, 2014-cü ildə Krımın ilhaqından sonra Ukraynanın şərqində yaratdığı separatçı hərəkata silahlı dəstək verir.
Son olaraq, xatırladaq ki, hazırda Şengen zonasına daxil 26 ölkə bunlardır: Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İslandiya, İspaniya, İtaliya, İsveç, İsveçrə, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.
Azadliq.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi