13-02-2017 [18:00]
Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmizdə müstəqillik illərində sağlam zəmində dövlət-din münasibətləri qurulub və dinə dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətinə toxunan Səyyad Salahlı milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb.
Komitə sədrinin birinci müavini, eyni zamanda, dini icma sədrlərinə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi, radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.
Maliyyə yardımı ayrılan Ağsu rayon Çiyni kənd məscidi dini icması "İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi”, Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması "İslamda həmrəylik və sülh çağırışları”, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbə məscidi dini icması "Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti”, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "İmam Rza” məscidi dini icması "Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin rolu”, Lənkəran rayonu Cil kəndi "Hüseyniyyə" məscidi dini icması "İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi”, Kürdəmir şəhər (1) məscidi dini icması" İslamda həmrəylik şüuru”, Sumqayıt Şəhəri, Sumqayıt stansiyası yaşayış massivi məscidi "Vəhdət” dini icması "İslam həmrəyliyi - dini vəhdətə çağırış”, Quba rayonu Xucbala kənd məscidi dini icması "İslam həmrəylik, bərabərlik dinidir”, Neftçala rayonu Xolqarabucaq kəndi "İmam Hüseyn” məscidi dini icması "Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri”, Ağcabədi rayonu Salmanbəyli kəndi "Heydər" məscidi dini icması" İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı”, Sabirabad rayonu Əsgərbəyli kəndi "İmam Əli” adına məscidin dini icması "Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Daşkəsən şəhəri "Cümə” məscidi dini icması" Azərbaycan tolerantlığın məskənidir” layihələrini həyata keçirəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 168 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 149-u isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi