13-02-2017 [17:15]
Fevral ayının 11-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Nəsimi rayon YAP Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri, Millət vəkili Məlahət İbrahimqızı bir qrup fəal gənclərlə Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anıblar.
Əvvəlcə Milli Qəhrəmanın Qusarın Şəhidlər xiyabanındakı qəbri ziyarət olunub, ruhuna dualar oxunub.
Daha sonra şəhid Çingiz Qurbanovun orta təhsil aldığı Həzrə kənd tam orta məktəbin kollektivi ilə görüş olub.
Milli Qəhrəmanın müəllimləri onun haqqında xatirələrini bölüşüb, Çingizin çalışqan və tərbiyəli şagird olduğunu diqqətə çatdırıblar. Deyiblər ki, Ç.Qurbanov hərbi dərslərə marağı ilə seçilirdi, "Şahin” hərbi-idman oyunlarında məktəb komandasının əsas üzvlərindən biri idi.
Məktəbdə keçirilən görüşdən sonra Milli Qəhrəmanın ailə üzvləri ziyarət olunub. Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.
Tədbir zamanı qeyd olunub ki, Azərbaycanın hər yerində Çingizin qəhrəmanlığından, onun Vətən sevgisindən danışılır. İndi Qusarın Həzrə kəndi haqqında bütün ölkə vətəndaşlarının xəbəri var. Prezident İlham Əliyev Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi. Çingiz kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.
Sonda gənclər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şəhidin ailəsinə təqdim olunan Çingiz Qurbanovun Milli Qəhrəman ordeni ilə tanış oldular.
Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da düşmənlə qeyri-bərabər döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi