Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova məktub ünvanladı - Mətn

img

13-02-2017 [16:26]


Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov Türkmənistan prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə təbrik edib.
 
Təbrik məktubunda deyilir:
 
"Hörmətli Qurbanqulu Məlikquliyeviç, 

Türkmənistanın prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edir, sizə ən xoş arzularımı yetirirəm. Seçkilərdə qazandığınız qələbə xalqınızın sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir. 

İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA