Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra açılızı olub

img

10-06-2010 [04:52]


İyunun 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.Dövlət başçısı əvvəlcə binanın ətrafında yaradılan şəraitlə tanış olub. Sonra Prezident İlham Əliyev binada yaradılmış şəraiti nəzərdən keçirib. Dövlət başçısına binada aparılmış yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyev Naxçıvan, Qusar və Gəncə ilə birbaşa videoəlaqə zamanı nazirliyin binasının açılışı münasibətilə təbriklərini çatdırıb. Videoəlaqəyə qoşulanlar dövlət başçısına diqqət və qayğıya görə təşəkkür ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA