Nazir Azad Rəhimov 300 minə at alıb - Sensasion iddia

img

12-02-2017 [10:18]


Azərbaycanan Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılmaqdadır.

Mia..Az xəbər verir ki, ueniçağ.az-ın əldə etdiyi məlumata görə, mərkəzdəki ən bahalı atlardan biri Gənclər və İdman naziri Azad Rəhimova məxsusdur. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur.

Qeyd edək ki, Camal Rəhimov ölkəmizi iki dəfə Olimpiya Oyunlarında təmsil edib. Ancaq o heç bir nəticə verə bilməyib. London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib.

Məsələ ilə bağlı Azərbaycanan Atıcılıq Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da sualımıza cavab verən tapılmadı.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA