ilham Əliyev Avropa Parlamentinin nümayəndəsini qəbul edib

img

10-06-2010 [04:10]


Prezident İlham Əliyev bu gün Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Proveranı qəbul edib. Dövlət başçısı hazırkı dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin ?Şərq Tərəfdaşlığı? proqramı çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyib və ölkəmizin müvafiq strukturları ilə Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Avropa Parlamentinin Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılması ilə bağlı qəbul etdiyi qətnamənin əhəmiyyətini qeyd edib. Avropa Parlamenti Xarici Əlaqələr Komitəsi sədrinin müavini Fiorello Provera Azərbaycan hökumətinin rəsmiləri və parlament üzvləri ilə aparılan qarşılıqlı fikir mübadiləsi və dialoqların artıq mütəmadi xarakter daşıdığını bildirib. O, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA