11-02-2017 [23:12]
Lənkəranda Əfqanıstanda hərbi xidmət borcunu yerinə yetirərkən həlak olmuş məzununun - Canəli Əzimovun adını daşıyan Veravul kəndindəki 2 saylı orta məktəb qəzalı vəziyyətdədir.
Kənd sakini Tamara Əliyeva deyir, hər səhər evdən yola saldığı azyaşlı övladlarından nigaran qalır:
"Məktəb elə vəziyyətdədir, deyrərsən, indi dağılar, bu saat dağılar... Deputat Hadı Rəcəbli də bu məktəbdə oxuyub. Ona da məktub yazmışıq. Hər yerə yazmışıq. Prezidentə, Heydər Əliyev Fonduna, təhsil nazirinə...”.

Sakinlər bildirirlər ki, Fövqəladə Hallar Nazirliyi məktəbin qəzalı olması barədə rəy verib. Ancaq hökumət hələ də tədbir görməyib.
Veravul doğumlu Əzizə Salmanova deyir:
"Özüm Bakıda yaşayıram. Bacımın uşaqları o məktəbdə ibtidai sinifdə oxuyur. Kənddə olanda uşaqları məktəbdən götürməyə getdim. Gözlərimə inanmadım. Maraqlandım, dedilər, bu binanı tikəndə ferma üçün nəzərdə tutublar. Sonradan nə fikirləşiblərsə, məktəb ediblər. Elə quruluşu da fermaya bənzəyir. Sınıq-salxaq partalar, çürümüş döşəmələr... Örtüyü bir küləyə bənddir ki, "uçub getsin”. Sinif otaqları buz kimi... Dəhlizlərdə siçovullar qaçışır. Məktəb deyil, xəstəlik mənbəyidir. Uşaqlar da xəstəliklərə yoluxmağa həssasdılar”.

Ferma kimi tikilib, məktəbə çevrilib?
Yağış yağanda, qar əriyəndə məktəb binasının qarşısında iri və dərin gölməçə əmələ gəlir. Məktəbə gələn və məktəbdən gedən uşaqlar həmin gölməçədən keçir, su ayaqqabılarına dolur, corablarına qədər yaş islnırlar.
Ötən əsrin ortalarında tikilən və ömrünü çoxdan başa vuran məktəb binasında 400-ə yaxın şagirdin təhsil aldığı bildirilir. Vəziyyətdən müəllimlər də narazıdır. Onlar da yeni məktəb binası üçün dəfələrlə müxtəlif qurumlara müraciət ediblər.
Sakinlərin sözlərinə görə, məktəbin bir hissəsi 5 il öncə çöküb. O zamandan yuxarı sinif şagirdlərinə yaxınlıqda yerləşən bələdiyyə binasında yer ayrılıb. Bina yeni olsa da, otaqlar kiçikdir deyə, tədrisə əlverişli deyil, şagirdlər oraya normal yerləşə bilmirlər.
"Sırası çatanda daha bir məktəb tikiləcək”
Kənddə 1 saylı orta məktəb də var. Yeni tikilib və təxminən 150 şagird oxuyur. Şagird tutumu az olduğundan, heç kəs övladını aparıb o məktəbə düzəldə bilmir.
Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2012-ci ildə Nazirlər Kabinetinin xüsusi komissiyası kəndlərdəki 89 məktəbə baxış keçirib. 34 bina qəzalı kimi qeydiyyata alınıb. İndi bu qəzalı məktəblərin yerində yeniləri tikilir. Ancaq məktəblər növbəli qaydada inşa olunur. Veravuldakı 2 saylı tam orta məktəb də siyahıdadır: "Orda bir məktəb tikilib istifadəyə verilib, növbəsi çatanda daha bir məktəb tikiləcək və 2 saylı məktəb söküləcək”.
5 il öncə demişdilər ki...
Veravullularsa deyirlər ki, 5 il əvvəl onlara məktəb binasının 2013-cü ildə tikiləcəyini vəd ediblər. Hətta məktəbin yaxınlığında yeni məktəb binasının təməli də qazılıb. Sonradan onlara məlum olmayan səbəblərdən işlər yarımçıq qalıb.
Azadliq.org

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi