Torpaq icarəsi üzrə 1000-dək müqavilə ləğv edilib - Rəsmi

img

11-02-2017 [19:34]


Əmlak Məsələləri Dövlət Komitəsinin təşəbbüsü ilə 46 rayonda 935 müqavilə ləğv edilib. 

Mia.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Bildirilib ki, söhbət istifadəsiz qalan 200 min hektar torpaq sahəsindən gedir:

"2016-cı ildə və bu ilin əvvəlindən komitənin torpaq müfəttişləri tərəfindən aparılan monitorinqlər nəticəsində 4900-ə yaxın torpaq istifadəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. 1100-ə yaxın hal üzrə inzibati protokollar tərtib edilərək 580 min manatdan çox cərimə tətbiq edilib. ƏMDK respublika üzrə icarədə olan dövlət və bələdiyyə torpaqlarının istifadə vəziyyəti göstərilməklə vahid elektron baza yaradıb".

Xatırladaq ki, prezidenti İlham Əliyev ölkədə torpaqların təyinatına uyğun olaraq səmərəli istifadəsi, xüsusi ilə kənd təsərrüfatı təyinatlı torpaqların başqa məqsədlərlə istifadəsinin, torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı müvafiq göstərişlər verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA