Dövlət İmtahan Mərkəzində yeni sektor və şöbələr yaradılıb - Təyinatlar

img

11-02-2017 [18:50]


Dövlət İmtahan Mərkəzinin strukturunun tam formalaşması artıq başa çatmaqdadır. 

Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında deyib ki, DİM-in strukturunun artıq 70%-i formalaşıb: 

"Prezident İlham Əliyevin ötən ilin aprelində DİM-in yaradılması haqqında fərmanında qeyd edilən şərtlərdən biri də o idi ki, Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Oktyabr ayının 19-da Mərkəz Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və bununla da TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz fəaliyyətini yekunlaşdırdı. DİM-in strukturunun formalaşması 70% başa çatıb. Müəyyən sektor və şöbələr yaradılıb, şöbə rəhbərləri təyin olunub”.

X.Xanlarzadə qeyd edib ki, yeni yaradılmış sektorlardan biri də Mətbuatla iş və Elektron kommunikasiya sektorudur: "Həmin sektorun müdiri vəzifəsinə mən təyin olunmuşam”.

Qurum rəsmisi deyib ki, Dövlət İmtahan Mərkəzi tam formalaşdıqdan sonra təklif edilən xidmətləri göstərməyə hazır olacaq: "Düşünürəm ki, zamanla fəaliyyət sahəmiz getdikcə daha da genişlənəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA