AGAT qondarma ?Dağlıq Qarabağ Respublikası? barədə ifadəyə etiraz etdi

img

10-06-2010 [03:54]


Ermənilərin Bəşəri İnkişaf Naminə Beynəlxalq Mərkəzi adlı qeyri-hökümət təşkilatının Azərbaycanla bağlı yaydığı bəyanatında səslənən fikirlər qərəzlidir və reallığı əks etdirmir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirləri Azərbayjan Gənjlərinin Avropaya İnteqrasiya Təşkilatının rəhbəri Gülsel Səfərova keçirilən mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə bəyanatda Jənubi Qafqaz regionunda Ermənistanın və eləjə də qondarma ?Dağlıq Qarabağ Respublikasının? Avropaya inteqrasiyası və digər sahələrdə geridə qalmasının səbəbkarı Azərbayjan göstərilir. ? Erməni təşkilatları, eləjə də digər qurumlar daima ölkəmizin mənafeyinə uyğun olmayan, eləjə də reallığı əks etdirməyən fikirlər səsləndirirlər. Bu bəyanatda isə beynəlxalq hüquq normalarına zidd olaraq ölkəmizin tərkib hissəsi olan Qarabağ müstəqil respublika kimi göstərilib. Halbuki beynəlxalq təşkilatlar, eləjə də digər dövlətlər Qarabağda fəaliyyət göstərən separatçı recimi müstəqil ölkə kimi tanımır. Təəssüflər olsun ki, bəşəriyyətin inkişafı naminə fəaliyyət göstərən bu təşkilat müharibə nətijəsində hüquqları pozulmuş, yurdlarından didərgin düşmüş azərbayjanlı qaçqınlarınların vəziyyətini nədənsə yaddan çıxarır.? AGAT rəhbəri G. Səfərova bildirdi ki, artıq rəhbərlik etdiyi təşkilat rəsmi olaraq Bəşəri İnkişaf Naminə Beynəlxalq Mərkəzinin rəsmi elektron ünvanına təşkilatın mövqeyini ifadə edən bəyanat göndərib. Bəyanatda Azərbayjanın regionun güjlü dövləti olmasına baxmayaraq, Qarabağ münaqişəsinin həllində sülh--bəşəri dəyərlərə üstünlük verməsi, Ermənistanın Azərbayjan torpaqlarını işğal altında saxlaması, eləjə də BMT və AŞPA kimi nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı çıxardığı qətnamələri Ermənistanın hələ də ijra etmədiyi vurğulanır. AGAT-ın idarə heyətinin rəhbəri Nərgiz Eyvazova, beynəlxalq təlimçi Günel Səfərova, Türkiyə Məzunları İjtimai Birliyinin sədri Çingiz Bayramov, Beynəlxalq Avrasiya Mətbuatı Fondunun nümayəndəsi Rey Kərimoğlu və digər təşkilat rəhbərləri bəyanatda səsləndirilən fikirlərin həqiqətə uyğun olmaması haqqında fikirlərini bildirdilər. Qeyd edildi ki, Ermənistan-Azərbayjan münaqişəsinin həlli ilə bağlı danışıqların davam etdirilməsinə baxmayaraq, qhtlər də vətəndaş jəmiyyətinin inkişafında rolu olan qüvvələr kimi bu işə dəstək olmalı, münqaişənin reallıqları barədə beynəlxalq ijtimaiyyətə daha çox bilgi çatdırmaq üçün fəallıqlarını artırmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA