11-02-2017 [16:48]
Ötən ilin payızında keçirilən referendum ərəfəsində ictimai-siyasi arenada əsas müzakirələrdən biri islahatlar idi. Bildirilirdi ki, referendumdan sonra ölkədə köklü islahatlar başlayacaq. Öncə hakimiyyət strukturlarında ciddi dəyişikliklərin olacağı və sonra mühüm kadr islahatlarının aparılacağı iddia olunurdu. Lakin referendumdan 4-5 ay ötsə də, bu istiqamətdə ciddi adımlar atılmayıb. Ölkədəki ümumi ab-havaya nəzər yetirdikdə hansısa dəyişikliklərin ediləcəyi də az ehtimal olunur. Bu və ya digər məsələlərlə bağlı «Reytinq» qəzetinə müsahibə verən Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa ölkədəki mövcud durumu dəyərləndirib.
Mia.az saytı F.Mustafanın müsahibəsini təqdim edir:
- Hazırda beynəlxalq vəziyyət, dünyada baş verənlər, iqtisadi böhranla bağlı məsələlər ön plandadır. Ona görə də hansısa yeniliklərin edilməsi istiqamətində addımlar görünmür.
Hökumət də hazırkı status-kvonun saxlanmasına çalışır ki, hansısa xotik durum yaşanmasın. Bütün səylər böhranın dərinləşməməsi, manatın dəyərdən düşməsinin qarşısının alınmasına yönəldiyinə görə, islahatların aparılması yönündə əlverişli mühit görünmür. Bu səbəbdən də mövcud problemlərin üzərinə yüklənmə müşahidə olunur. Sabit durum olmadığı üçün hər hansı genişmiqyaslı islahatdan söhbət getmir, daha çox möcud vəziyyətə yönəlik sabitləşmə siyasəti yürüdülür.
- Axı ölkədə böhran getdikcə dərinləşir, maliyyə bazarında problemlər genişlənir, manatın dollar qarşılığında dəyərdən düşməsi davam edir. O zaman hökumət hansı sabitləşmə siyasəti yürütmüş olur?
- Ümumiyyətlə, bu gün hakimiyyətin əsas siyasəti xarici vəziyyətə yönəlib. Daxildə vəziyyəti sabit saxlamaq düşüncəsi hakimdir.
Hamı gözləyirdi ki, məcburi tibbi sığorta tətbiq olunacaq, maliyyə bazarına nəzarət artacaq, bank və kredit məsələləri öz həllini tapacaq, sahibkarların problemlərinin həlli istiqamətində müəyyən addımlar atılacaq. Amma təəssüf ki, bu istiqamətdə ciddi addımlar atılmadı, sadəcə, status-kvonun qorunub saxlanması əsas xətt kimi götürüldü. Bu baxmdan da, hər hansı dəyişiklik müşahidə olunmur.
Heab edirəm ki, hökumət maliyyə bazarında vəziyyəti stabilləşdrməyə çalışsa da, daha çox islahat yönümlü addımlara diqqət yetirməlidir. Çünki eləməsələlər var ki, onlar təxirə salına bilməz.
Bu gün vətəndaşların sağlamlıq vəziyyəti göstərir ki, yaxın zamanda məcburi tibbi sığorta tətbiq olunmasa, daha ciddi fəsadlar yarana bilər.
Digər sahələrdə də problemlər var. Ona görə də köklü islahatlara ehtiyac yaranıb.
- Deyirsiniz ki, hökumət status-kvonu saxlamağa çalışır, amma hazırkı real vəziyyət də olduqca ağırdır. Qiymətlərin artması ölkə əhalisinin vəziyyətini daha da çətinləşdirir. Bu status-kvo bir qədər də davam eləməklə narazılığı daha da artırmaz ki?
- Bütün hallarda hökumətin də çalışdığı odur ki, bu narazılıq etirazlara qədər gedib çıxmasın və məsələnin daha sabit, sakit yolla həllinə nail olunsun.
Qiymətlərin artması təbii ki, narahatedicidir. Baş nazirin müavini Əli Əhmədov da açıqlama verdi ki, qiymətlərin artması müşahidə olunur, sadəcə, hökumət çalışır ki, qiymətlərin kəskin artımı baş verməsin. Görünən odur ki, bununla bağlı hökumətdə də narahatlıq var.
Amma məsələni düzgün iqtisadi-sosial siyasətin yürüdülməsi ilə çözmək olar. Hələ ki bu istiqamətdə cəmiyyəti narahatlıqdan qurtaran açıqlamalar yoxdur.
Mərkəzi Bank müstəvisində verilən açıqlamalar isə artıq güvənli hesab edilmir.
İqtisadi blokdan verilən açıqlamalarda da, vergilərlə bağlı imtiyazlar məsələsində də qeyri-müəyyənliklər qalmaqdadır. Ona görə də bu məsələlər ətrafında hökumətin düşünməsi labüddür. Amma bunlar niyə baş vermir? Bu sual hökumətə ünvanlanmalıdır.
- Milli Məclisin üzvü kimi həm hökumətin parlamentdəki hesabatı zamanı, həm də fərdi qaydada hökumət rəsmilərinə bu suallarla müraciət etdikdə lazımi cavabı ala bilirsinizmi?
- Təbii ki, cavablar alırıq, amma qaneedici olmur. Verilən cavablar standart olduğuna görə, real vəziyyəti əks etdirən cavablar almaqda çətinlik çəkirik.
- Bir neçəil öncə hökumətin vətəndaşların xeyrinə hansısa addımlar atmamasını anlamaq olardı, amma son dövrlər atılan addımlar sanki vətəndaşları "yükləmək” üçündür. Hökumət vəziyyəti anlamaq istəmir, yoxsa başqa çıxış yolu yoxdur?
- Mən vəziyyətin elə də çıxılmaz olması düşüncəsində deyiləm. Təbii ki, vəziyyətdən çıxış yolları var. Ölkədə siyasi böhran yaşanmır, xaos yoxdur. Bir iqtisadi böhran var ki, onu da ortadan qaldırmağın yolu müzakirə mühitində doğru qərarlardan keçir. Ümid edək ki, bu qərarlar veriləcək. Ölkənin resursları var ki, düzgün yolla vəziyyətdən çıxsın.
Bir də, Azərbaycan elə də böyük ölkə deyil ki, problemlər həlledilməz olsun. Düşünürəm ki, hökumət problemlərin həlli yolunu tapacaq.
- Fazil bəy, bundan əvvəlki dövrlərdə hakimiyyətdən tələbləriniz daha sərt olurdu. İndi isə yumşalma hiss olunur. Səbəb nədir? İllərdir dediniz, eşitmədilər, yoxsa başqa səbəblər var?
- Əvvəla deyim ki, hökumətdəkilər illərlə dediyimizi eşitmədilər. Son illərdə Milli Məclisin plenar iclaslarında və komitələrin toplantılarında sözümüzü deyirik.
Amma problem təkcə bununla bağlı deyil. Ölkədəki mövcud durumun dünyada baş verən proseslərə görə bu həddə gəlib çatmasına diqqət çəkilir. Bizim üçün də əsas dövlətin təhlükəsizlik marağının təmin olunmasıdır. Təhlükəsizliyin təmini və qarışıqlığın olmaması istiqamətində səylərimizi ortaya qoymağa çalışırıq.
Nəyisə sərt şəkildə tələb eləmək olar, amma bu gün reallıqlar başqadır. Biz reallıqları da nəzərə alırıq. Reallıqlar hökuməti onsuz da bu mövzu ətrafında düşünməyə vadar edir.
Biz bir partiya olaraq, eyni zamanda millət vəkili kimi təkliflər verə bilərəm, amma təəssüf ki, bu gün təklifləri dinlənmə mühiti yoxdur. Nə Milli Məclisdə, nə də hökumət müstəvisində alternativ layihə ilə çıxış eləmək imkanımız mövcud deyil. Belə bir vəziyyətdə məsuliyyət hökumətin üzərinə düşür. Biz sadəcə, sağlam tənqidlə, konkret təkliflə köməklik göstərə bilərik. Təəssüf ki, həm Milli Məclisdə, həm hökumət səviyyəsində bizim təklifləri dinləmək problemi var. Ona görə də artıq sərt danışmağın əhəmiyyəti qalmayıb.
- Referendum ərəfəsində müzakirələr zamanı 2017-ci ilin ilk aylarında növbədənkənar prezident, parlament seçkilərinin keçiriləcəyi, vitse-prezidentlərin təyin olunacağı, ölkədə ciddi islahatların aparılacağı bildirilirdi. Artıq ilin ikinci ayıdır, hələ bir tərpəniş hiss olunmur…
- Referendumdan sonrakı proseslər islahatlar üçün bir anons idi. Görünür, hakimiyyət bu islahatlara daha əlverişli zamanda başlamaq istəyir.
Hüquqi cəhətdən məsələ həll olundu, müəyyən baza yarandı. Hüquqi problem çözülübsə, yəqin ki, islahatlarla bağlı da müəyyən addımlar atılacaq. Mən buna ümid edirəm.
- Fazil bəy, maraqlı bir situasiya yaranıb. Hazırkı problemlər, narazılıqlar 10 iləvvəl yaransaydı, cəmiyyətin təpkisi daha sərt olardı, amma indi bu qədər problemə rəğmən sakitlikdir. Sizcə, cəmiyyət, eləcə də müxalifət niyə bu qədər loyallaşıb?
- Bəli, cəmiyyətin bu məsələdə aktivliyi xeyli aşağı düşüb. Müxalifət də cəmiyyətin əhval-ruhiyyəsinə adekvat hərəkət edir. Əslində, müxalifətin siyasi resursları xeyli zəifləyib. Çünki cəmiyyətin böyük əksəriyyəti üçün ölkənin təhlükəsizliyinin təmini əsasdır. Bu, hazırkı iqtidar tərəfindən həyata keçirildiyinə görə, iqtisadi və sosial sahələrdəki natamamlıqları sanki cəmiyyət bağışlamış olur. Cəmiyyət passiv olduqda isə müxalifət də cəmiyyətə bənzəyir.
- Digər müxalifət qüvvələri iddia edirlər ki, hakimiyyətin həyata keçirdiyi repressiv siyasət nəticəsində cəmiyyət qorxaraq geri çəkilib. Bu iddiaları haqlı saymaq olarmı?
- Bu məsələdə hakimiyyətin hansısa sərt üslub seçməsi xüsusi rol oynamır. Beynəlxalq aləmdəki proseslərin cəmiyyətə təsiri böyükdür. Məsələn, Türkiyədə terror baş verirsə, Azərbaycanda insanların baxışı budur ki, burda sakitlikdir, ən azı terror baş verimir. Bu yanaşma hakim olduğuna görə, hökumətin də atdığı mənfi addımların üzərindən keçirlər. Əsas odur ki, hakimiyyət cəmiyyətin istədiyi təhlükəsizlik xəttini pozmur, ölkədə ciddi qarışıqlıq, xotik vəziyyət yaranmır.
- Qarşıdakı dövr üçün gözləntiniz nədir, hansısa ayaqlanmalar, qarışıqlıq proqnozlaşdırırsınız?
- Xeyr. Yaxın zamanlarda belə hadisələr gözləmirəm. Ən azı hakimiyyətin özünün də əlində kifayət qədər sosioloji araşdırmalar var və cəmiyyətin əhval-ruhiyyəsini daha yaxşı bilirlər. Ümid edirəm ki, hökumət geniş islahatlar xətti götürəcək və məsələlər öz həllini tapacaq. Əgər vəziyyət bu şəkildə davam edərsə, müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Hər halda, hakimiyyət də bunu anlayır. Yəqin ki, buna adekvat planları da var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi