11-02-2017 [14:57]
Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvü, 20 Yanvar zərərçəkəni Yavər Fərzəliyev "Sovetski”dəki evindən zorla çıxarılır.
Mia.az xəbər verir ki, bu barədə BakiPost.az-a şikayətində veteran özü məlumat verib.
Y. Fərzəliyevin sözlərinə görə, Bəşir Səfəroğlu küçəsi ev 32, mənzil 12-də yerləşən mənzilinə təklif olunan məbləğlə razılaşmadığı üçün evindən çıxmır, lakin aidiyyəti qurumlar onu zorla evindən çıxarmağa çalışır: "Gəlib qazımı, işığımı, suyumu kəsiblər. İçində yaşadığım evimin bir tərəfini də dağıdıblar. Halbuki bizə deyilmişdi ki, sizə təklif olunan məbləğlə razılaşmadığınız təqdirdə evinizdə yaşamağa davam edə bilərsiniz”.
Veteran məbləğlə razılaşmaması və evdən çıxmaq istəmədiyi ilə bağlı 2014-cü ildə prezident İlham Əliyevə müraciət ünvanlayıb. Ona Yasamal rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd İslamov adından cavab verilib. Bildirilib ki, onun yaşadığı ünvan Bakı şəhərinin Baş Planına uyğun olaraq köçürülmə ərazisinə daxildir. Həmin cavabda daha sonra qeyd edilir:

"Həmin ərazidə, icra hakimiyyətinin nəzdində yaradılmış komissiya tərəfindən hazırda köçürülmə ərazisinə daxil olan yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınması və ölçü işləri aparılır. Bildiririk ki, satınalma könüllü qaydada həyata keçirildiyi üçün təklif edilən qiymət sizi qane etmədiyi təqdirdə razılaşma protokoluna imza etməmək və həmin evdə yaşamaqda davam etmək hüququna maliksiniz”.
Ötən il işığı kəsilən Y. Fərzəliyev "Azərişıq” ASC-yə müraciət edib. Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsindən ona işığının kəsilməsinin səbəbi belə açıqlanıb: "Qeyd olunan ünvanda elektrik enerji təchizatı Bakı şəhəri üzrə aparılan yenidənqurma-abadlıq işləri, yolların genişlənməsi və digər infrastrukturların yenilənməsi ilə əlaqədar olaraq dayandırılıb. Xahiş edirik nəzərə alasınız”.
Y. Fərzəliyev hazırda çıxılmaz bir durumda olduğunu, çox acınacaqlı vəziyyətdə yaşadığını bildirib:"Bunlarda elə bil müsəlman qanı yoxdur. Adam bu qədər qəddar, kafir ola bilməz. Qorxu, həyəcan, axırda da su ilə, istiliklə imtahana çəkmək, öz məqsədlərinə çatmaq üçün şeytanın belə ağlına gəlməyən əməllərə əl atmaq bir kişiyə, bir azərbaycanlıya yaraşarmı heç? Bu qədər zülm olmaz ki...Bilirsiniz onlar neçə-neçə adamı bədbəxt edib, həyatlarını məhv ediblər?”.
Şikayətçi bütün bunlara baxmayaraq, ümidini hələ kəsmədiyini, şikayətlərinə ölkə başçısının reaksiya verəcəyinə ümid etdiyini bildirib.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi