Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı müavilə imzaladı – Birgə tədbirlər planı

img

11-02-2017 [13:41]


Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, plana əsasən, nəzərdə tutulan tədbirlərin icra vaxtı, yeri, məsul qurumlar və şəxslər müəyyən edilib:

"İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının iştirakı ilə tədbirlər keçiriləcək.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların və mütəxəssislərin iştirakı ilə təşkil olunacaq tədbirlərdə müxtəlif mövzularda məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA