Ekologiya Nazirliyi ekoloji qanunvericiliyin tələblərini pozanları cərimələyib

img

10-06-2010 [02:47]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 15-31 may tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 147 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 44 göstəriş verilib. Ümumilikdə, 52 iş üzrə 76053,17 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 5046,61 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 50 iş üzrə 10573,45 manat məbləğində iddia qaldırılmış, ondan 2145,71 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 91 iş üzrə 18918,6 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 28074,31 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 12 işdən 6-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 30 işdən 3-nə, məhkəmələrə göndərilmiş 11 işdən 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür. Su ehtiyatlarının mühafizəsi üzrə 16 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 8 icrası məcburi olan göstəriş verilmişdir. 2 iş üzrə 1740 manat məbləğində cərimə, 15 iş üzrə isə 3354 manat məbləğində ödəmə tətbiq edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA