10-02-2017 [22:55]
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-VensenPlasen və Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani ilə görüşüblər.
Mia.az xəbər verir ki, görüşdə Azay Quliyev ölkəmizin həm Fransa, həm də qonşu Gürcüstanla mövcud olan dostluq münasibətlərindən danışıb, parlamentlərarasıəlaqələrimizin yüksək səviyyədə olmasını diqqətə çatdırıb.
Bildirib ki, ölkələrimiz bir çox sahələrdə, o cümlədən əsası 2011-ci ildə qoyulmuş Açıq Hökumət Tərəfdaşlığı Platformasında əməkdaşlıqda maraqlıdırlar:
"Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı təşəbbüsünə ilk qoşulan ölkələrdən olub və təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir. Açıq Hökümət Tərəfdaşlığının ən önəmli prinsiplərindən biri isə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.
AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə ölkəmizdə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı” və 2016-cı ildə "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub".
Söhbət zamanı qonaqlara Azərbaycanda hökumətin AHT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verilib, qarşıda dayanan vəzifələrdən danışılıb.
Görüşdə Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani və Fransanın Dövlət katibi Jan-VensenPlasenAçıq Hökumət Tərəfdaşlığı Platformasında Azərbaycan tərəfindən koordinasiyanın gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, bu platformada əməkdaşlıq AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasına və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən mexanizmlərin qurulmasına töhfə verəcəkdir.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi