10-02-2017 [19:26]
Bu gün prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə belə qərar verilib:
1. Azərbaycan Respublikasında qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.
2. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Qida Təhlükəsizliyi Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:
Komissiyanın sədri
Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.
3. Komissiyaya tapşırılsın ki:
3.1. Agentliyin əsasnaməsinin layihəsini, habelə dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edən ştat cədvəli nəzərə alınmaqla, Agentliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. dövlət orqanları və qurumlarının bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə səlahiyyətlərinin Agentliyə ötürülməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Müəyyən edilsin ki, Agentlik bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. bu Fərmanın 3.2-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. beynəlxalq təcrübə nəzərə alınmaqla, "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018–2025-ci illər üçün dövlət proqramının layihəsini Agentlik ilə birlikdə altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.6. bu Fərmanın 3.2-ci bəndi nəzərə alınmaqla, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə nəzarətin isə Agentlik tərəfindən həyata keçirilməsi ilə bağlı səlahiyyət bölgüsünün aparılması, habelə bu sahədə nəzarətin həyata keçirilməsi zamanı digər dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Agentliklə birlikdə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Agentliklə birlikdə Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, digər dövlət orqanları və qurumlarının Agentliyin bu Fərmanın 1-ci hissəsində müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin əmlakın Agentliyə verilməsi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.8. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Agentliyin Kodeks Alimentarius Komissiyasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi təyin olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.9. Kodeks Alimentariusun və qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən tətbiqinin təşviq edilməsi ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Bu Fərmanın 5.5-ci bəndində qeyd olunan dövlət proqramı hazırlanarkən aşağıdakı prioritet istiqamətlər əsas götürülsün:
6.1. qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, o cümlədən standartların, sanitariya, fitosanitariya və baytarlıq norma və qaydalarının "Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın, Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi;
6.2. qida məhsullarının uyğunluğunun qiymətləndirilməsi (təsdiqi) sisteminin beynəlxalq tələblərə müvafiqliyin təmin edilməsi;
6.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, qida məhsullarının risk qrupları (aşağı, orta və yüksək risk) üzrə təsnifatının aparılması və risk qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi;
6.4. genetik modifikasiya olunmuş orqanizmlərin və onların törəmələrinin dövriyyəsinə nəzarət sisteminin təkmilləşdirilməsi;
6.5. "tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, nəzarət sisteminin və mexanizmlərinin işlənib hazırlanması və həyata keçirilməsi;
6.6. qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi;
6.7. qida məhsullarının təhlükəsizliyi ilə bağlı maddi-texniki bazanın gücləndirilməsi və modernləşdirilməsi (o cümlədən laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi).
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi