10-02-2017 [19:16]
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2017-ci ildə ilk iclası keçirilib.
Mətbuat Şurasından Mia.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəliyi elan edib.
Gündəliyə iki məsələ daxil olunub - MŞ-nin 2016-cı ildə gördüyü işlərə dair hesabat və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına MŞ-dən namizədlərin müəyyənləşdirilməsi. Gündəlik səsə qoyulub və yekdilliklə qəbul edilib.
Öncə MŞ sədri Əflatun Amaşovun Şuranın 2016-cı ildə gördüyü işlərə dair hesabat məruzəsi dinlənilib. Sədr bildirib ki, ötən il Şuraya 686 müraciət qeydə alınıb. Onlardan 322-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayırı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub.
Şura Katibliyi 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-nə komissiyalarda baxılıb. Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb.
Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-i komissiya səviyyəsində həllini tapıb. Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
"Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
Şuranın İdarə Heyəti 2016-cı ildə ümumilikdə 44 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.
2016-cı ildə şikayətlərin 51,9 faizi internet saytların fəaliyyəti ilə bağlıdır. Bu baxımdan ikinci yer 29,3 faizlə qəzetlərə məxsusdur. Şikayətlərin 14,8 faizində informasiya agentliklərinin, 4 faizində jurnalların fəaliyyətindən narazılıq ifadə edilib.
2016-cı ildə Mətbuat Şurasının "qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib.
MŞ dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir, jurnalistika və ictimai fikir tariximizlə bağlı 6 kitab təqdimatı, KİV-lərin və jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 9 toplantı keçirib. 8 ahıl jurnalist evində ziyarət olunub. Şurada 10 xarici qonaq qəbul edilib. İdarə Heyətinin üzvlərinin xarici səfərlərinin sayı 6, MŞ-nin bəyanatlarının sayı 4-dür. Bundan başqa Şura 3 küçə aksiyasında monitorinq aparıb, ayrı-ayrı dövlət qurumları ilə birgə 5 müsabiqə təşkil edib ki, həmin müsabiqələrdə 45 jurnalist mükafatlandırlıb. Müxtəlif tematik toplantıların sayı isə 10-dur.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.
İclasın gündəliyində duran ikinci məsələ ilə bağlı məlumat verən Ə.Amaşov bildirib ki, Mətbuat Şurası da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına namizədlərini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Milli Məclisinin 15 mart 2005-ci il və 18 mart 2011-ci il tarixli qərarları ilə Şuranın namizədi olan Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədli Yayım Şurasında təmsil olunub. Onun səlahiyyət müddəti 18 mart 2017-ci il tarixdə başa çatır.
Müzakirələrdən sonra İdarə Heyətinin üzvləri - Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli İctimai Yayım Şurasının üzvlüyünə namizəd kimi təsdiqləniblər. Bununla bağlı yekun qərar Milli Məclis tərəfindən veriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi