10-02-2017 [15:38]
Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan" Azercell Telekom" MMC bu qəbildən növbəti təşəbbüsə qoşulub.
Şirkətdən Mia.az-a verilən məlumata görə, Təhsil Nazirliyində Azercell Telekom MMC-nin də rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutub.
SABAH Karyera Akademiyası proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram çərçivəsində Təhsil Nazirliyi və Azercell istedadlı tələbələrin tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyini artırmaq, nəzəri və praktiki baxımdan hərtərəfli hazırlığa malik ali təhsilli gənclər yetişdirmək məqsədilə birgə fəaliyyət göstərirlər.
Təqdimat mərasimində çıxış edən "Azercell Telekom" MMC prezidenti Vahid Mürsəliyev bildirib ki, təmsil etdiyi şirkət Azərbaycanın təhsil sistemindəki yenilənməni, inkişaf tendensiyalarını davamlı olaraq izləyir:
"Lakin biz müşahidəçi olmaqla kifayətlənməyib, öz yardımımızı, dəstəyimizi də əsirgəmirik. Azercell hər zaman təhsilə dəstək fəaliyyətini sosial məsuliyyət strategiyasının əsas sahəsi olaraq görüb. İstər paytaxtda, istərsə də regionlarda Azərbaycanın bir çox qabaqcıl universitetləri, məktəbləri ilə əməkdaşlıq edən şirkətimiz yüzlərlə tələbəyə iş imkanı yaradıb. Azercell 20 ildir ki, Azərbaycanın ən layiqli işəgötürəni siyahısında ön sıralardadır. Biz insana sərmayə ilə şirkətimizin, dövlətimizin inkişafına yatırım etmək yolunu seçmişik”.
V. Mürsəliyev qeyd edib ki, Azercell-in SABAH qrupu ilə əməkdaşlığa qərar verməsi təsadüfi deyil. Çünki bu layihə Azərbaycan təhsilinə yeni baxış, yeni yanaşma, yeni ruh gətirib: «Biz bunu dəyərləndirməyə bilməzdik və bu gün memorandum imzalamaqla bu əməkdaşlığı daha çox sistemləşdiririk. Təməlini qoyduğumuz əməkdaşlığın böyük uğurlara yol açacağına ümid edirəm».
Qeyd olunub ki, 17-20 fevral tarixlərində Qubada SABAH Karyera Qış Məktəbi təşkil olunacaq. Bu tədbirdə də Azercell Telekom MMC əməkdaşları tələbələrə gələcək karyeralarını qurmaqda faydalı ola biləcək sessiyalar təqdim edəcəklər.
Memoranduma əsasən, Azercell təcrübə proqramında SABAH tələbələri üçün hər il xüsusi yerlər ayıracaq. Bu il mərhələlərlə seçilən 10 nəfər tələbəyə 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı yaradılması nəzərdə tutulub. Bir sıra şöbələrdə təcrübə keçərək gənclər eyni zamanda telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik qazanmaqla maraqlı və məsuliyyətli layihələrdə iştirak edə biləcəklər. Akademiya üzvlərinin Barama Sahibkarlıq və İnnovasiya mərkəzindən, xüsusi onlayn materiallar və testlərdən istifadəsinə şərait yaradılacaq.
İmza mərasimindən sonra Azercell təqaüdünə layiq görülmüş 9 tələbəyə sertifikat təqdim olundu. Həmçinin, Azercell şirkətinə tərəfdaşlıq sertifikatı da təqdim edilib.
Təqdimat mərasimində Təhsil Nazirliyi, SABAH qrupları layihəsi əməkdaşları, Akademiyanın rəsmi tərəfdaşlarının rəhbər əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə bundan əvvəl də əməkdaşlığı olub. Ötən il Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. Ötən ilin sonunda SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün "GSM Texnologiyası ilə tanışlıq”, "Məhsulların idarə olunması”, "Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib.
SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016/2017-ci tədris ilində SABAH qruplarından 7 ali təhsil müəssisəsi, 45 ixtisas üzrə 748 tələbə məzun olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi