10-02-2017 [14:59]
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.
AMEA-dan Mia.az-a daxil olan məlumata görə, iclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.
Tədbirdə elmi-təşkilati məsələlərdən ilk olaraq Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturunda dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.
Bildirilib ki, muzeydə aparılan elmi tədqiqat işlərinin və Azərbaycan ədəbiyyatı tarixinin təbliği, xarici ölkələrlə elmi əməkdaşlığın qurulması və genişləndirilməsi, elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, elmi kadrların inkişaf potensialının sürətləndirilməsi istiqamətlərində həyata keçirilən islahatlar muzeyin strukturunda bəzi dəyişiklikləri zəruri edib.
Bölmə qeyd olunanları nəzərə alaraq, İctimaiyyətlə əlaqələr və mətbuat, Beynəlxalq əlaqələr və dünya muzeyləri, Təhsil şöbələrinin yaradılması və bəzi şöbələrin adlarında dəyişiklik edilməsi haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.
Gündəlikdə yer alan növbəti məsələlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elm-təhsil inteqrasiyası" fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri müsabiqəsinə təqdim etmək məqsədilə hazırlanmış Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün ""Salam, Azərbaycan" adlı tədris vəsaitlərinin, elektron və interaktiv dərsliklərin hazırlanması" və "Şah İsmayılın portretlərinin identifikasiyası və tədqiqi" layihələri haqqında olub. Bildirilib ki, layihələrin rəhbərləri Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Mayıl Əsgərov və Memarlıq və İncəsənət İnstitutunun Kulturologiya şöbəsinin elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elşad Əliyevdir.
Bölmə layihələrin əhəmiyyətini nəzərə alaraq sənədlərin müsabiqəyə təqdim olunmasını məqsədəuyğun hesab edib.
İclasda Dilçilik İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi, həmçinin institutun qiyabi doktoranturasının sonuncu ilində təhsil alan iki nəfərə təhsillərində möhlət verilməsi haqqında qərarlar qəbul olunub.
Tədbirdə bir sıra kadr məsələlərinə də baxılıb.
Büronun qərarı ilə Memarlıq və İncəsənət İnstitutunda AMEA-nın müxbir üzvü Zemfira Səfərova Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rəna Məmmədova İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva Kulturologiya şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Sabir Orucov Şəhərsalma şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov Teatr, kino və televiziya şöbəsinin müdiri, Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aygül Hacıyeva Türk dilləri şöbəsinin müdiri, həmçinin filologiya üzrə fəlsəfə doktoru Təhminə İsmayılova Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi vəzifəsinə təsdiq olunublar.
İclasda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi" ilə bağlı Sərəncamının icrasına dair müzakirələr aparılıb və müvafiq qərar qəbul edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi