Bacarıqlı əllərin böyük işləri layihəsi - Açıqlama + FOTO

img

10-02-2017 [14:50]


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində fiziki şəxs olan Həsənov Qərib Ramazan oğlunun " Bacarıqlı əllərin böyük işləri ” layihəsi uğurla davam edir. 

Mia.az-a verilən məllumata görə, layihə çərçivəsində İnternat evlərinin gənclərilə görüşülmüş, onların öz rəsm və incəsənət qabiliyyətlərini daha da təkmilləşdirilməsi üçün təlimçilər ilə görüşlər təşkil edilərək, həmin gənclərə gələcəkdə daha sərrast, profisional işləmələri üçün təlimlər keçirilmiş, bir çox məlumatlar verilib.

Layihə çərçivəsində layihəyə 40 a yaxın gənc qoşulub. Layihə 5 təlim və 1 sərgidən ibarət olacaqdır. Layihə sonunda qalib olan gənclər layihə rəhbərliyi tərəfindən sertifikatlarla təltif ediləcəkdir.Layihə çərçivəsində təlimçi kimi çıxış edən Bakı Rəssamlıq Akademiyasının tələbəsi Çəməngül Ağayeva Gənclər fondunun bu cür lahiyələrdə böyük təşəbbüskarlığını dəstəkləmiş belə lahiyələrin xüsusi qayğıya ehtiyacı olan gənclər üçün vacibliyindən söz açıb.

Layihənin növbəti mərhələləri Bakı şəhəri Binə qəsəbəsində yerləşən "Ümid Yeri” uşaq evində keçiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA