Azərbaycan Diplomatik Akademiyası ABŞ-da seminar keçirib

img

10-06-2010 [11:37]


Azərbaycan Diplomatik Akademiyası ABŞ-ın Vaşinqton şəhərində ?Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı? çərçivəsində iki günlük seminar keçirib. Vaşinqton, ABŞ ? Seminarda ABŞ və Kanadanın aparıcı universitetlərində çalışan Azərbaycanlı fəlsəfə doktorları və burada təhsil alan fəlsəfə doktorluğuna namizədlər iştirak etmişlər. Elmi müzakirə və məruzələr iqtisadiyyat, maliyyə, siyasi elmlər, beynəlxalq münasibətlər kimi mövzular ətrafında aparılmışdır. Çıxış edənlər dünya neft bazarı, innovasiyalar, azad bazarda risklər, dini tolerantlıq və sair mövzular barədə öz elmi araşdırmalarını təqdim etmişlər. Seminar Vaşinqtonun tarixi Dumbarton House villasında keçirilmişdir. Seminarda həmçinin Con Hopkins və Corc Vaşhinqton Universitetləri, Atlantik Şurası, Vaşinqtonun aparıcı elm mərkəzlərinin mütəxəssisləri və professorları iştirak və çıxış ediblər. Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun Sədri Professor Frederik Star və Azərbaycan Respublikasının Los Anceles şəhərində Baş Konsulu Elin Süleymanov arasında keçirilən debatda ABŞ və Azərbaycan arasında strateji əməkdaşlığın yolları və potensialları da araşdırılmış və müzakirə edilmişdir. Xatırladaq ki, Azərbaycan Diplomatik Akademiyası iki ildir ki, Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramını təsis etmişdir. Proqramın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili almaqda olan azərbaycanlı mütəxəssisləri vətənə cəlb etmək və eyni zamanda, bu mütəxəssislərin peşəkar inkişafına və karyera irəliləyişlərinə yardım etməkdir. ADA tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində qrantlar da verilir. Qrantlar iki istiqamətdə verilir. Azərbaycan haqqında elmi tədqiqatların aparılması və elmi məqalələrin çap olunmasına və azərbaycanlı fəlsəfə doktorlarının beynəlxalq elmi konfranslarda iştirak etməsi və məruzə ilə çıxış etməsinə. Vaşinqtonda keçirilən bu seminarda seçilən 8 azərbaycanlı münsiflər heyəti tərəfindən belə bir qrantlara layiq görülmüşdür. ADA xaricdə təhsil alan fəlsəfə doktorlarının illik seminarını bu il dekabr ayının 20-21-də Bakıda keçirməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA