Hökumət komissiyası təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı Sabirabadda müzavirə keçirib

img

10-06-2010 [11:24]


Kür və Araz çaylarında baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan hökumət komissiyasının üzvlərinin iştirakı ilə bu gün Sabirabad rayonunda müşavirə keçirilib. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilən müşavirədə hökümət komissiyasının üzvləri- fəlakət rayonlarının icra strukturlarının rəhbərləri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, "Meliorasiya və Su Təsərrüfat" SC-nin rəisi Əhməd Əhmədzadə, ?Azərenerji? ASC-nin prezidenti Etibar Piriverdiyev, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər üzvlər iştirak edib(anspress). Müşavirədən əvvəl jurnalistlərə açıqlama verən, Baş nazirin müavini Abid Şərişov bildirib ki, müşavirəni keçirməkdə əsas məqsəd su çəkilmiş kənd və ərazilərdə epidemioloji vəziyyəti müzakirə etmək, yarana biləcək hər hansı xəstəlik və digər halların qarşısını almaqdır. A.Şərifovun sözlərinə görə, komissiya çərçivəsində hər bir nazirlik və qurumun daxilində də aidiyyati üzrə lokal komissiyalar yaradılıb. Bu komissiyalar mütəmadi olaraq gördükləri işlərlə bağlı dövlət qarşısında hesabat verəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA