Nazirlik firmaları araşdırır - Siqaret qıtlığına görə

img

09-02-2017 [11:14]


İqtisadiyyat Nazirliyi sahibkarların siqaret qıtlığı ilə bağlı dilə gətirdiyi problemlərlə əlaqədar araşdırmalara başlayıb.

"Qafqazinfo” xəbər verir ki, artıq nazirliyin əməkdaşları siqaretin topdansatışı ilə məşğul olan firmalara baş çəkir. Sahibkarlara siqaret satılmamasının səbəbləri araşdırılır. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, ötən gün sahibkarlar hesablarında pul olduğu halda topdansatış firmalarının onlara siqaret satmamasına görə narazılıqlarını ifadə etmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA