Prezident hərbi xidmətə çağırız haqqında fərman imzalayıb

img

10-06-2010 [11:11]


Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmətdə olanların ehtiyata buraxılması haqqında fərman imzalayıb. Fərmana əsasən, 1992-ci ildə doğulmuş və 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan şəxslər Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar. Xidmət müddəti keçmiş əsgər, matros və çavuşlar isə 2010-cu il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA