08-02-2017 [17:20]
"Aleksandr Lapşinin həbs olunub Azərbaycana verilməsindən sonra Rusiya rəsmi Bakıya təzyiqlər edəcək”.
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasını şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyada Lapşinin həbsi ətrafında Azərbaycana qarşı lobbi formalaşacaq: "Belarus Rusiyanın təzyiqi ilə üzləşdi. Lapşin 3 ölkənin vətəndaşıdır. Daha çox ölkənin vətəndaşı olmaq Lapşinə özünü mümkün həbs təhlükəsindən qorumaq üçün lazım idi. Məsələn, Lapşin İsrail vətəndaşıdır. İsrail isə öz vətəndaşlarının təhlükəsizliyini ön planda tutur. Bütün bunlara baxmayaraq, 3 pasportun varlığı Lapşini həbsdən xilas etmədi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və XİN-in mətbuat katibi Mariya Zaxarova Belarusun Lapşinin Azərbaycana ekstradisiya edilməsi əleyhinə açıqlamalar verdilər. Ancaq bunun da nəticəsi olmadı. Onsuz da son vaxtlar Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın siyasətindən narazıdır və Kremli tənqid edir. Ona görə də Lukaşenko son mətbuat konfransında açıq dedi ki, Lapşini Azərbaycana ekstradisiya etməmək üçün heç bir səbəb yoxdur. Maraqlıdır ki, Lapşin Ukraynanın pasportuna malik olsa da, Kiyev Lapşinin həbsinə və Azərbaycana ekstradisiyasına heç bir reaksiya vermədi. İsrailin özü də Lapşinin ekstradisiyasına görə rəsmi Bakı ilə münasibətlərin gərginləşdirilməsində maraqlı deyil.
Aydındır ki, bundan sonra rəsmi Bakıya təzyiqlər artacaq. Rusiyada Lapşinin həbsi ətrafında Azərbaycana qarşı lobbi formalaşacaq. Rusiya mediasında Azərbaycan əleyhinə kampaniya başlayacaq. Rəsmi Bakı bu təzyiqlər qarşısında Lapşini azad etməyəcək. Geriyə yol yoxdur. Lapşinin məhkəməsi olacaq və ona müvafiq cəza veriləcək”.
Elxan Şahinoğlu bildirib ki, Lapşinin məhkəməsinə beynəlxalq aləmin və Rusiyanın böyük diqqəti olacaq: "Ona görə də Azərbaycan hakimiyyəti üçün vacibdir ki, tam şəffaf məhkəmə prosesi keçirilsin və Lapşinin qanun pozuntularını hüquqi müstəvidə sübut edə bilsin.
Lapşinin Azərbaycana ekstradisiyası və məhkəməsi başqa ölkələrin vətəndaşlarını Azərbaycan qanunlarını pozaraq Ermənistan üzərindən Dağlıq Qarabağa getməkdən və ya separatçıların təbliği ilə məşğul olmaqdan çəkindirməlidir. Yəni Lapşin olayı Azərbaycan qanunlarını pozan başqa xarici vətəndaşlara da dərs olmalıdır.
Azərbaycanın iki vətəndaşı xeyli vaxtdır Dağlıq Qarabağ separatçıları tərəfindən girov saxlanılır. Rəsmi Bakının həmin iki şəxsi azad etmək üçün müraciət etmədiyi ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmayıb, ancaq İrəvan onları azad etmir. Girovlardan birinin Rusiya pasportu var. Rusiya Dağlıq qarabağda qanunsuz saxlanılan vətəndaşını azad etmək üçün heç bir addım atmır, Bakıya gətirilən digər vətəndaşını isə müdafiə edir. Bunun özü ikili standartların bariz nümunəsidir.
Bu cür münasibət olduğu halda rəsmi Bakının Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməsi mümkün deyil. Yox əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlıya dəyişmək istəyərsə, bunu reallaşdırmaq mümkündür”.
Elxan Şahinoğlu vurğulayıb ki, bu dəyişiklik olmadan Lapşinin həbsdən sonra bir müddət həbsxanada yatacağı ehtimalı yüksəkdir.
Xatırladaq ki, Belarus Ali məhkəməsinin qərarı ilə blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qərar. O, dünən Bakıya gətirilib.
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan blogger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi