07-02-2017 [17:22]
Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya səfəri bir neçə mühüm görüşlə yadda qaldı. Ölkə başçısı fevralın 6-da Brüsselə səfəri zamanı Avropa İttfaqının prezidenti Donald Tusk, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunker, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və digər vitse-prezident, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerin, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.
Bundan başqa, səfər çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.
Demək olar ki, bütün görüşlərdə Prezident İlham Əliyev Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda ölkə başçısı ilə görüşən avropalı rəsmilər Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Prezident İlham Əliyevin Belçika səfərini şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədriRufiz Qonaqov hesab edir ki, ölkə başçısının Belçika səfəri mühüm əhəmiyyət kəsb edir: "Nəzərə alsaq ki, Avropa İttifaqının mərkəzi qərargahı da Belçikada yerləşir, səfərin əhəmiyyəti bizə daha aydın olur. Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqının rəhbərliyi bir sıra ikitərəfli görüşlərə başlayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Qərb münasibətləri bu gün cənab Prezident tərəfindən çox məharətlə davam etdirilir. Azərbaycan xarici siyasətində balanslı və tarazlaşdırılmış siyasət aparır. Sözsüz ki, Azərbaycanın xarici ölkələrlə münasibəti bərabərhüquqlu və qarşılıqlı maraqlar əsasında qurulub. Bütün beynəlxalq təşkilatlar Azərbaycanla qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Azərbaycan heç bir təşkilatdan asılı deyil və üzərinə götürdüyü öhdəlikləri də milli maraqlarına uyğun olaraq yerinə yetirib”.
Rufiz Qonaqovun sözlərinə görə, Prezidentin Belçika səfərində Azərbaycan-Avropa Birliyi arasında təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq imkanları bird aha müzakirə edilib:
"Azərbaycanın ərazi bütövlüyü avropalı siyasilər tərəfindən birmənalı şəkildə dəstəkləndi. Dağlıq Qarabağ münaqişəsilə bağlı status-kvonun dəyişdirilməsinin vacibliyi vurğulandı. Hesab edirəm ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq çərçivəsində təhlükəsizlik məsələlərinə ciddi önəm verəcək. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxşılaşması və yaxınlaşması istiqamətində ciddi addımlar atılacaq.
Eyni zamanda Avropa İttifaqı Azərbaycanla iqtisadi əməkdaşlıq məsələlərində olduqca maraqlıdır. Azərbaycan həm öz yaxın qonşuları, həm də beynəlxalq təşkilatlarla öz maraqlarına uyğun olaraq balanslı, tarazlaşdırılmış əməkdaşlıq edir. Bu mənada cənab prezidentin Belçika səfəri sözsüz ki, mühüm əhəmiyyət daşıyır”.
Prezidentin Belçika səfərindən öncə Avropa İttifaqı nümayəndələrini xatırladan R.Qonaqov bildirib ki, Azərbaycan Avropa Birliyi ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır:
"Gələcəkdə Avropa Birliyi ilə iqtisadi əlaqələrin daha da genişlənməsi və s. əməkdaşlıq məsələləri üzrə real razılıqlar əldə oluna bilər. Həmçinin TANAP və dəmir yol layihələri üçün investisiya cəlb etmək mümkün olar.
Xatırlatmaq lazımdır ki, ötən il fevral ayının 29-da Bakıda Cənubi-Qaz Dəhlizi üzrə Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdi. Həmin toplantıda 7 dövlətin rəsmiləri iştirak edirdilər və onlar yekun sənədə imza atdılar. Cənubi-Qaz Dəhlizi layihəsini tam dəstəkləyən Avropa Birliyi ilə yeni sıx əlaqələrimiz var və bu əlaqələr yüksələn xətt üzrə davam etməkdədir”.
R.Qonaqov qeyd edib ki, ölkə başçısının Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişi yenidən gündəmə gətirib: "Avropa İttifaqı Azərbaycan qazının əsas alıcılarından biri olaraq ölkəmizin iqtisadi partnyoru sayıla bilər. Görüşlərdə də "Cənubi Qaz Dəhlizi” layihəsi üzərində xüsusi dayanılırdı. Avropanın enerji təhlükəsizliyi üçün bu layihə olduqca vacibdir. Bakı-Tiflis-Qars dəmir yolu layihəsi də Azərbaycan və Avropa İttifaqı ölkələri üçün çox vacibdir. Təsadüfi deyil ki, president İlham Əliyev Brüsseldəki görüşlərində bu layihənin əhəmiyyətindən bəhs etdi və Azərbaycana tranzit ölkə statusunun verilməsi müzakirələrdə vacib məsələ kimi qoyuldu”.
Sonda R.Qonaqov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraqlara cavab verən formatda əməkdaşlıq etmək niyyətindədir. Çox güman ki, yaxın vaxtlarda tərəflər arasında əməkdaşlığın qurulması üçün real addımların şahidi olacağıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi