Hökumət neft-qaz yataqları ilə bağlı qərar verdi - Saziş üzrə öhdəliklər təsdiq edildi

img

07-02-2017 [17:09]


Nazirlər Kabineti "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişinə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri barədə qərar verib.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə SOCAR Umid Oil and Gas Limited Şirkəti arasında 2017-ci il 12 yanvar tarixində "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi imzalanıb.

Nazirlər Kabinetinin qərarına əsasən, Risk Xidmət Sazişində qeyd olunan "Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri” təsdiq edilib. 

Qərar imzalandığı gündən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA