Ermənilərin girov götürdüyü Elnurla bağlı danışıqlar başladı - Beynəlxalq Qızıl Xaç Komitəsi açıqladı

img

07-02-2017 [16:09]


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin əlinə düşən Elnur Hüseynzadə ilə bağlı tərəflərlə dialoqa başlayıb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK saxlanılan şəxsə baş çəkmək üçün aidiyyəti tərəflərlə ikitərəfli konfidensial dialoq aparır: "Münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə beynəlxalq humanitar hüquq normalarına görə BQXK-nın mandatıdır”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı E. Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA