Parlamentdə 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulur

img

09-06-2010 [02:49]


?Azərbaycan iqtisadiyyatında dinamik inkişaf güclənməkdədir. Bu ilin birinci rübündə, büdcə daxilolmalarında da müsbət meyllər özünü göstərir?. Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. Z.Səmədzadə bildirib ki, parlamentin növbədənkənar sessiyasında 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulur. ?Çünki hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görür. Eyni zamanda, əhaliyə konpensasiyaların verilməsi gündəmdədir. Bütün bunlar üçün hazırda hesablamalar aparılır. Bu proses başa çatdıqdan sonra büdcə ilə bağlı qərar veriləcək? deyən komitə sədri 2010-cu il ərzində əmək haqları və təqaüdlərin də artırılacağını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA