07-02-2017 [14:59]
Prezident İlham Əliyevin məcburi köçkünlərə aylıq 36 manat müavinətin verilməsi ilə bağlı sərəncamından sonra kommunal xidmətlərlə bağlı yeni problemlər ortaya çıxıb.
Belə ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) məcburi köçkünlərin sayğaclarının son göstəricisini silməsi ciddi narazılıq yaradıb.
Bu barədə Mia.az-a məlumat verən məcburi köçkünlər bildiriblər ki, indiyə qədər elektrik enerjisini onlara ayrılan 150 kVt.saatlıq limitdən qənaət edərək qalıq limit toplayıblar. Lakin sonuncu qəbz gələn zaman məlub olub ki, elektrik sayğaclarının son göstəricisi sıfırlalanıb. Analoji məsələnin qazla bağlı da baş verdiyi bildirilir. Rəsmi qurumlar isə hələlik bu barədə məlumat verməkdən yayınırlar. Məsələnin mahiyyətini araşdırmaq üçün məcburi köçkün rayonlarının Milli Məclisdəki təmsilçiləri və ekspertlərlə söhbətləşdik.
Məsələylə bağlı fikirlərini Mia.az-la bölüşən millət vəkili Elman Məmmədov bildirib ki, sözügedən məsələ onu da narahat edir:
«Məcburi köçkün rayonlarının icra başçıları, deputatları «Qaçqınkom» sədri Əli Həsənovla görüş zamanı bu məsələni qaldırmışdıq. Müzakirə elədik ki, köçkün ailələrinin bir çoxu onlara verilən limiti qənaətlə işlədiblər və xeyli qalıq var. Amma Prezidentin məlum sərəncamından sonra köçkünlərin mənzillərinə quraşdırılan limitin sıfırlandığı bildirilir. Biz təklif elədik ki, əlavə qalıq limitlər silinməsin. Amma məsələ təkcə bu deyil. Elə ərazilər var ki, orada məskunlaşan köçkünlər yalnız elektrik enerjisi istifadə ediblər. Qaz olmadığına görə, məcburən işıqdan istifadə etdiklərinə görə, limiti aşaraq xeyli borc yaranıb. Biz bu məsələni də müzakirə edib xahiş elədik ki, hökumət bunu da nəzərə alaraq, müvafiq addımlar atsa, daha yaxşı olar. Hər halda, mən bir millət vəkili kimi bu məsələdə köçkünlərin mövqeyindən çıxış edirəm. Cənab Prezident hər zaman köçkünləri diqqət mərkəzində saxlayıb, ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq».
Digər köçkün rayonun Milli Məclisdəki təmsilçisi deputat Astan Şahverdiyev isə bu barədə danışmaqdan yayındı.

O, mia.az-ın əməkdaşının mövzu ilə bağlı sualına «Bu məsələ barədə detallı məlumatım yoxdur. Yəqin ki, mütəxəssislər hesablayıb öz qərarlarını verəcəklər. Bu səbəbdən də əlavə nəsə demək istəmirəm. Prezidentimiz hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərib, yəqin ki, indi ortaya çıxa bilən problemlərinin həlli ilə bağlı da lazımi göstəriş verər. Amma siz deyən məsələ barədə heç nə deyə bilmərəm», - söyələməklə kifayətlənib.
Hüququşünas Ələsgər Məmmədli isə mia.az-a açıqlamasında bildirib ki, köçkünlərə verilən limitin silinməsində hər hansı bir pozuntu yoxdur.
Onun sözlərinə görə, bu, hökumətin insiativində olan məsələdir:

«Hökumət qərar verib ki, yeni ildən köçkünlərin kommunal xərclərini nağd şəkildə ödəsin. Yəni,aylıq müavinətin içərisində kommunal xərc də var. Yəni, yanvardan sonra həmin vəsaitlər məcburi köçkünlərin özlərinə ödənir. Amma başqa bir məqam var ki, qənaət nəticəsində toplanan qalıq limiti silirlər, əlavə borcları yox. O zaman ziddiyyət yaranır. Əgər yanvardan verilən müavinət bundan sonrakı dövrə aiddirsə, köhnə borclar da silinməlidir. Yəni, burada ziddiyyətli məqam var. Hər halda, hökumət məcburi köçkünlərin həssas təbəqə olduğunu nəzərə almalıdır. Təbii ki, bu amil nəzərə alınmasa, narazılığın yaranması normaldır».
Məcburi köçkünlərə qarşı edilən bu haqsızlıq siyasi düşərgə tərəfindən də etirazla qarşılanıb.
Bu barədə mia.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, hakimiyyətin maliyyə resursları o qədər bərbaddır ki, artıq əhali kateqoriyalarına, büdcə yığımlarının istiqamətinə diqqət yetirmir.
Onun sözlərinə görə, büdcə öhdəliklərinin icrası fövqəladə vəziyyətdədir:
«Çalışırlar ki, büdcə çatışmazlıqları kompensasiya edilsin. Əlbəttə ki, ödəyicilər sırasına ev-eşiyindən didərgin salınmış, əmlakından məhrum olmuş qaçqınların vəziyyəti nəzərə alınmalı idi. Heç bir halda stress şəraitində mövcud olan cəmiyyət seqmentinə toxunmaq olmazdı. Çünki millətin bu təbəqəsi hər gün, hər saat sarsıntı keçirir, xüsusən mənən. Bizlər qəbirlərimizi ziyarət imkanına malikiksə, evimizə çəkilə biliriksə, onlar bu mənəvi rahatlıqdan məhrumdurlar. Hökümət gərək öz bacarıqsızlığına qaçqın və məcburi köçkünləri şərik etməyəydi».
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi