07-02-2017 [13:53]
Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi növbəti fikirlər etirazla qarşılanıb.
Partiya lideri keçmiş SSRİ respublikalarının birləşdirilməsindən danışarkən, SSRİ sərhədlərinin bərpa ediləcəyi halda, Qarabağ probleminin də "öz-özünə həll olunacağını” deyib.
"Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”, - Jirinovski bildirib.
Mia.az xəbər verir ki, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında rusiyalı siyasətçinin səsləndiyi fikirləri təhlükəli adlandırıb:
"Jirinovskinin fikirləri çox təhlükəlidir. O, müstəqillik qazanmış dövlətlərin müstəqilliyini əlindən almış kimi provakasiyalı fikir səsləndirir. Görünür, Rusiyanın müəyyən dairələrində vaxtaşırı köhnə Çar imperiyasını bərpa etmək fikirləri, düşüncələri dolaşır. Amma, Jirinovski və onun təmsilçiləri bilməlidirilər ki, indi 21-ci əsrdir.
Bu gün dünyanın sabitliyini saxlayan əsas prinsip sərhədlərin toxunulmazlığı prinsipidir. Məhz, bu prinsipə görə bu gün sülhü təmin etmək və dövlətlər arasında xoş münasibətlər yaratmaq mümkündür”.
Deputatın sözlərinə görə, hazırkı reallıqda Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal edərək özünə birləşdirmək cəhdi Cənubi Qafqaza çox böyük problem yaradır:
"Jirinovskinin fikirləri Azərbaycan cəmiyyətində etiraz doğurur. Təsəvvür edin: Jirinovskinin fikirləri tətbiq olunarsa, dünya yenidən orta əsrlərə qayıda bilər. Həmçinin, Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, sonradan onu əldən versin. Azərbaycanın hər bir vətəndaşı canından keçər, amma torpağının başqa bir dövlətin ərazisinə birləşdirilməsi işinə imkan verməz. Azərbaycan öz müstəqilliyini təsdiq edərək müstəqillik yolunda böyük uğurlar qazanıb. Müstəqil Azərbaycan dövlətinin olması həm də bütün Cənubi Qafqazın stabilliyini, eləcə də, Cənubi Qafqazla bağlı bir çox uğurlu layihələrin təminatı deməkdir”.
Rusiya siyasətçisinin bu cür fikirləri təkbaşına səsləndirməməsinə gəlincə, YAP rəsmisi bunu söyləməyin çətin olduğunu deyib:
"Ortada fakt odur ki, Jirinovski bu fikirləri səsləndirib. Hesab edirik ki, Jirinovskinin bu fikirləri Rusiya hakim dairələrinin və ictimaiyyətinin fikirləri deyil. Rusiyanın demokratik qüvvələri heç vaxt bu yöndə fikirlərini ifadə etməyiblər. Həmçinin, Jirinovskinin fikirlərini müdafiə etmirlər. Hətta, çox kiçik bir dəstə müdafiə etsə belə, buna biganə qalmaq olmaz.
Bu, eyni zamanda Azərbaycan ictimai fikrini yoxlamaq cəhdi də ola bilər. Çox şadam ki, Azərbaycan mətbuatı bu məsələdə hamıya yaxşı nümunə oldu. Məsələni gündəmdə saxladı. Məsələ ilə bağlı cəmiyyətin tanınmış insanlarının fikirlərini öyrəndi. Jirinovski kimilər bilməlidir ki, Azərbaycanın müstəqilliyi, ulu öndər Heydər Əliyevin dediyi kimi, "əbədidir dönməzdir”. Heç zaman da başqa dövlətin bir hissəsinə çevrilməyəcək”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi