Bakıda yenidən vulkan püskürəcək? - AMEA-dan açıqlama

img

07-02-2017 [12:19]


"Otmanbozdağ” vulkanının yerləşdiyi əraziyə işçi qrupunun göndərilməsi mümkün olmayıb”.

Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

O bildirib ki, ərazidə bataqlıq yarandığına görə orada avtomobillərin hərəkət etməsi mümkün deyil və səfər də bu səbəbdən baş tutmayıb: "Ərazi palçıqlıq olduğuna görə tədqiqat üçün nümunələr götürmək, planlama işi aparmaq, süxur nümunələri götürmək mümkün olmayacaq. Hava şəraitindən asılı olaraq ərazidəki torpaq örtüyü nisbətən quruyan kimi işçi qrup əraziyə gedəcək".

Şöbə müdiri qeyd edib ki, "Otmanbozdağ” vulkanı artıq enerjisini itirib: "Yəni vulkan sakitləşib. Həmin vulkanın yenidən püskürməsi gözlənilmir. Çünki vulkan yenidən püskürmək üçün enerjisi toplamalıdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA