Milli Depozit Mərkəzində dəyişiklik - Təyinat

img

07-02-2017 [10:58]


Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, fevralın 6-da Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Fəxriyar Cabbarov MDM-in İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Cabbarov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr, Böyük Britaniyanın York Universitetinin Menecment və dövlət idarəciliyi fakültəsində magistr dərəcəsi üzrə təhsil alıb.

F.Cabbarov bundan əvvəl Dünya Bankında müxtəlif vəzifələrdə işləyib, "Synergy Group" ASC-nin Müşahidə Şurasının sədr müavini və İdarə Heyəti sədrinin I müavini, daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü, Hüquq və icraat departamentinin direktoru vəzifəsində çalışıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA