07-02-2017 [09:58]
ABŞ-da Donald Trampın prezident seçilməsi Rusiyada SSRİ-nin bərpası tərəfdarlarını və təbliğatçılarını da xeyli ruhlandırıb. Artıq kifayət qədər aydın görünən tendensiya belədir ki, SSRİ xiffəti çəkən rus siyasətçilər Trampın postsovet məkanına diqqəti azaldacağına ümid edib sovet məkanını daha rahat bərpa edə biləcəklər.
Həmin siyasətçilərin və sovet təbliğatçılarının ön sırasında isə Rusiyada Liberal-Demokrat Partiyasının sədri, ötən şənbə yenidən bu partiyanın lideri seçilmiş Vladimir Jirinovski gəlir. Qurultaydan sonra o, növbəti dəfə "parlayıb” və necə "parlayıb”.
Belə ki, Kremlin "danışan dil”lərindən sayılan Jirinovski Kremlin mövqeyini təbliğ edən "Tsarqrad TV” kanalına (kanalın rəhbəri Kremlin başqa bir "danışan dili” və qatı SSRİ tərəfdarı Aleksandr Duqindir) müsahibəsində, faktiki, postsovet ölkələrini hədələyib, SSRİ-nin bərpasının uzaq perspektivin işi olmadığının müjdəsini verib.
***
Onun fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini "dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq.
"Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğv edilməsi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə qalmaqallı siyasətçi qeyd edib.
LDPR liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı "xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar. O, keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də "öz-özünə həll olunacağını” iddia edib. "Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər.
Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq: "Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi” - LDPR sədri arxayıncasına bildirib və bununla əslində Rusiyanın Qarabağ siyasətinin mahiyyətini faş edib, Kremlin nədən on illərdir bu problemi yoluna qoymaq istəməməsinin baş səbəbini göstərib.
Bu səbəb əlbəttə ki, SSRİ-nin bir qədər fərqli formatda da olsa, bərpasına edilən ümidlərlə bağlıdır. Təbii ki, Rusiya rəsmiləri, prezident V.Putin bunu açıq söyləmirlər ki, mərkəzdənqaçma meylləri güclənməsin. Amma Jirinovski, Züqanov kimilər bunu ucadan dilə gətirirlər və bu notlar son vaxtlar xeyli artıb. Zatən, Putinin Avrasiya layihələri də SSRİ-nin "məxməri” bərpasına yönəlik projelər sayılır.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən ilin aprel döyüşlərindən sonra Bakıya etdiyi səfər çərçivəsində Dağlıq Qarabağ mövzusunda söylədiyi bir fikri də bu yerdə xatırlatmağın yeri var. Lavrov yetərincə açıq mətnlə demişdi ki, Azərbaycan Avrasiya Birliyinə (oxu; SSRİ-nin bərpası layihəsinə) qoşulsa, problemin həli sürətlənə bilər. Diplomatik dildən tərcümədə bu, elə Jirinovskinin Qarabağ düsturundan ciddi heç nə ilə fərqlənmir. Sadəcə, Lavrov daha hiyləgər ritorika ilə anlatmaq istəyir ki, konfliktin "həlli” yalnız Rusiyanın dominant olduğu bir geosiyasi konqlomerat - Avrasiya Birliyi çərçivəsində mümkündür.
Ancaq biz SSRİ tərkibində bu "həll”in nədən ibarət olduğunu artıq görmüşük. Həmin nəsil hələ sağdır və Qarabağ nağıllarını, Qarabağ yaralarını unutmayıb. Biz Dağlıq Qarabağda ermənipərəst Vladimir Kazimirovun "Müvəqqəti İdarə Komitəsi”nin işğalçı-separatçıların xeyrinə hansı oyunlardan çıxdığını da yaxşı xatırlayırıq. Yəni Moskva Qarabağ ixtilaflını ədalətli şəkildə çözmək istəsəydi, bunu SSRİ-nin mövcud olduğu 80-ci illərdə asanca edərdi.
Etmədi. Əksinə, indi bir daha qənaət hasil olur ki, postsovet məkanında Dağlıq Qarabağ kimi münaqişəli ocaqları məhz keçmiş sovet respublikalarını əldən salıb təzədən vahid dövlətdə birləşdirmək naminə saxlayır, körükləyir, həll eləmək istəmir, üstəlik, hələ yenilərini yaradır - Ukraynadakı kimi.
***
Sözsüz ki, Moskva bu prosesdə özünün yerlərdəki "5-ci kolon”çularına da güvənir. Kreml ələlxüsus da hakimiyyət eşelonunda təmsil olunan "5-ci kolon”çulara bel bağlayır. Jirkin son açıqlaması həm də onlara hərəkətə gəlmək üçün bir çağırış, səslənişdir. Ancaq Rusiya siyasətçiləri unudurlar ki, məsələn, Azərbaycan öz müstəqilliyi və ərazi bütövlüyü yolunda minlərlə şəhid verib və xalq nə qədər məhrumiyyətlər çəksə də, bir daha Moskvanın boyunduruğu altına girməyəcək. Buna hamı mini-sorğu keçirməklə asanlıqla əminlik hasil edə bilər.
Niyə buna qəti əminik? Ona görə ki, Rusiya ilə ittifaqda tərəqqi, rifah mümkün deyil. Mümkün olsaydı, bunu o, öz xalqına bəxş edərdi. Rusiya gerilik, reqress deməkdir. Geriyə yol isə yoxdur. Ola bilməz...
"Yeni Müsavat"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi